Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-704/2023 12.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı məhdud məsuliyyəti cəmiyyətinin Cavabdeh qarşı əsas borc tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhdud məsuliyyəti cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əsas borc qismində 652 (altı yüz əlli iki) manat, faiz borcu qismində 65 (altmış beş) manat və cərimə borcu qismində 23 (iyirmi üç) manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 770 (yeddi yüz yetmiş) manat məbləğdə pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı məhdud məsuliyyəti cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 aprel 2022-ci il tarixli R0037801 nömrəli alqı-satqı müqaviləsinə əsasən alıcı olan Şahbazova Sahiİə İsrafil qızı "L FİN” mağazasından ümumi dəyəri 926 (doqquz yüz iyirmi altı) manat olan Samsung A525 128 ds (İMEİ **********82102) markalı əşyanı nisyə almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ayın 10- dan gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 73 (yetmiş üç) manat ödəniş etməli olduğu halda aylıq Ödənişləri etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri-652 (altı yüz əlli iki) manatı mağazaya ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir.Dəfələrlə Cavabdeh borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır.İddiaçı Cavabdeh əsas borc qismində 652 (altı yüz əlli iki) manat, faiz borcu qismində 65 (altmış beş) manat və cərimə borcu qismində 23 (iyirmi üç) manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 770 (yeddi yüz yetmiş) manat məbləğdə pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPMin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı məhdud məsuliyyəti cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 aprel 2022-ci il tarixli R0037801 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh 60 manat ilkin ödəniş etməklə qalıq qalmış 866 manat məbləğində pulu müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay 73 manat ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı məhdud məsuliyyəti cəmiyyətinin alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı məhdud məsuliyyəti cəmiyyəti arasında bağlanmış 07 aprel 2022-ci il tarixli R0037801 saylı nisyə alqı-satqı müqaviləsinə üzrə 652 (altı yüz əlli iki) manat, faiz borcu qismində 65 (altmış beş) manat və cərimə borcu qismində 23 (iyirmi üç) manat borcu qalmışdır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh ilə İddiaçı məhdud məsuliyyəti cəmiyyəti arasında bağlanmış 07 aprel 2022-ci il tarixli R0037801 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-yə borcu xx.xx.2023-cü il tarixə 07 aprel 2022-ci il tarixli R0037801 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən əsas borc qismində 652 (altı yüz əlli iki) manat, faiz borcu qismində 65 (altmış beş) manat və cərimə borcu qismində 23 (iyirmi üç) manat məbləğdə borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh 07 aprel 2022-ci il tarixli R0037801 saylı nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiklərinə görə əsas borc qismində 652 (altı yüz əlli iki) manat, faiz borcu qismində 65 (altmış beş) manat və cərimə borcu qismində 23 (iyirmi üç) manat məbləğdə pul vəsaiti Cavabdeh İddiaçı məhdud məsuliyyəti cəmiyyətinin xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı məhdud məsuliyyəti cəmiyyətinin xeyrinə 07 aprel 2022-ci il tarixli R0037801 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən əsas borc qismində 652 (altı yüz əlli iki) manat, faiz borcu qismində 65 (altmış beş) manat və cərimə borcu qismində 23 (iyirmi üç) manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 770 (yeddi yüz yetmiş) manat məbləğdə pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmənin hakimi Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-704/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-704/2023
12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver