Məhkəmə qərarları › İş №e-2(022)-708/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-708/2025

21.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-708/2025 21.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X1katibliyi ilə, İddiaçı “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 68 (altmış səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində maddi zərərin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğdə pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Cavabdeh ilə “X4 Azərbaycan” QSC arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş və məhkəmənin xx.xx.2022-ci il tarixlie-2(022)-1212/2022 nömrəli qətnaməsi ilə bankın iddiası təmin edilmişdir. Nəticədə iddiaçı“X4 Azərbaycan” QSC“ ilə X2” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli "hüquqi xidmət haqqında" müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini“ X2” MMC-yə sifariş etmişdir. “X2 MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. «X4 Azərbaycan» QSC ilə ”X2“ MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli hüquqi xidmət haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən 01-03-23-cü ildə 368.81 manat, 03-04-23-cü ildə 89.25 manat məbləğində ödənilən borc məbləği ”X2“ MMC tərəfindən təmin edilmiş və bu ödənişlərə görə də «X4 Azərbaycan» QSC tərəfindən “X2” MMC-yə 68.70 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2016-cı il tarixli"Hüquqi xidmət haqqında"müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə “X2” MMC-yə tərəfindən“X4 Azərbaycan” QSC-yə ödənilmiş məbləğin 15% həcmində, yəni ümumilikdə 68.70 manat məbləğində xidmət haqqı ödəmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan “X4 Azərbaycan” qapalı səhmdar cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 280514 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 20% dərəcəsi olmaqla, 12 ay müddətinə qaytarılmaq şərti ilə 414 manat məbləğdə kredit verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli 280514 saylı kredit müqaviləsinə əsasən Cavabdeh əsas borcu 68 (altmış səkkiz) manat 70 (yetmiş) qəpik təşkil etmişdir. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli e- 2(022)-1212/2022 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh iddiaçı “X4 Azərbaycan” qapalı səhmdar cəmiyyətinin xeyrinə əsas borc qismində 384 (üç yüz səksən dörd) manat 29 (iyirmi doqquz) qəpik, faiz borcu olaraq 28 (iyirmi səkkiz) manat 93 (doxsan üç) qəpik, cərimə borcu olaraq 14 (on dörd) manat 84 (səksən dörd) qəpik, cəmi 428 (dörd yüz iyirmi səkkiz) manat 06 (sıfır altı) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, ümumilikdə 458 (dörd yüz əlli səkkiz) manat 06 (sıfır altı) qəpik məbləğdə pul vəsaiti tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı “X4 Azərbaycan” qapalı səhmdar cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh iddiaçı “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 68 (altmış səkkiz) manat 70 (yetmiş) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar