Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-717/2025 19.03.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) X2 oğlunun katibliyi ilə, “X1” açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 17 fevral 2022-ci il tarixli, ARGİD********** saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.000 manat, faiz borcu qismində 269 manat 02 qəpik, cəmi 2.269 manat 02 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43 manat 10 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 19 mart 2025-ci il tarixdə “X1” açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 17 fevral 2022-ci il tarixli, ARGİD********** saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.000 manat, faiz borcu qismində 269 manat 02 qəpik, cəmi 2.269 manat 02 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43 manat 10 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Həmin iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, Azərbaycan Respublkasının MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərədə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində verilir. Lakin məhkəməyə daxil olmuş iddia ərizəsində Cavabdeh poçt ünvanı kimi Biləsuvar rayonu Əsgərabad kəndi qeyd edilsə də, “AZEMİS” sistemində Cavabdeh barəsində şəxsiyyət haqqında məlumatlardan görünür ki, həmin şəxs Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçəsi, döngə 13, ev 2-də Gəncə prospekti, ev 77, mənzil 13-də qeydiyyatdadır. Belə olan halda, aidiyyati üzrə mülki işin baxılması Biləsuvar Rayon Məhkəməsinə deyil, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə aiddir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsində qeyd edilir ki, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh Biləsuvar rayonu ərazisində qeydiyyatda olmadığına görə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: “X1” açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 17 fevral 2022-ci il tarixli, ARGİD********** saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.000 manat, faiz borcu qismində 269 manat 02 qəpik, cəmi 2.269 manat 02 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43 manat 10 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-717/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-717/2025
19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver