Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-720/2023 31.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı əsas borcun əvəzi qismində 6.953 manat 40 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 1.514 manat 71 qəpik, cərimə faizləri qismində 92 manat 75 qəpik, cəmi 8.560 manat 86 qəpik məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 106 manat 01 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti Cavabdeh2 və Cavabdeh1 qarşı əsas borcun əvəzi qismində 6.953 manat 40 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 1.514 manat 71 qəpik, cərimə faizləri qismində 92 manat 75 qəpik, cəmi 8.560 manat 86 qəpik məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 106 manat 01 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti iddia ərizəsində göstərmişdir ki, «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətilə Cavabdeh2 arasında 06 yanvar 2022-ci il tarixdə bağlanmış və 12nkBRD/22 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 25 faiz ödəmək şərti ilə 8.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 həmin kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasının təminatı olaraq zamin kimi çıxış etmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Sonda, iddiaçının nümayəndəsi əsas borcun əvəzi qismində 6.953 manat 40 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 1.514 manat 71 qəpik, cərimə faizləri qismində 92 manat 75 qəpik, cəmi 8.560 manat 86 qəpik məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 106 manat 01 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi R.M.Seyfullayev 12 iyun 2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06 yanvar 2022-ci il tarixli, 12nkBRD/22 saylı kredit müqaviləsindən görünür ki, «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh2 36 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 8.000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə Cavabdeh1 Cavabdeh2 öhdəliklərini icra etməsinə görə məsuliyyəti zamin qismində öz üzərinə götürmüşdür. İşdə olan «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin 16 may 2023cü il tarixli, UB-Bank/PİKMD/1103998 saylı arayışından görünür ki, Cavabdeh2 «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə 06 yanvar 2022-ci il tarixli, 12nkBRD/22 saylı kredit müqaviləsi üzrə 16 may 2023-cü il tarixə əsas borc kimi 6.953 manat 40 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.514 manat 71 qəpik, cərimə faizləri qismində 92 manat 75 qəpik, cəmi 8.560 manat 86 qəpik məbləğində borcu yaranmışdır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh2 və zamin Cavabdeh1 «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti ilə bağladığı 06 yanvar 2022-ci il tarixli, 12nkBRD/22 saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmələri və nəticədə kredit sazişinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 6.953 manat 40 qəpik, 16 may 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.514 manat 71 qəpik, cərimə faizləri qismində 92 manat 75 qəpik, cəmi 8.560 manat 86 qəpik məbləğində borclarının yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bundan başqa, iş materiallarında olan 06 yanvar 2022-ci il tarixli, 12nkBRD/22 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh2 həmin müqavilə üzrə öhdəlikləri icra etməsinə görə məsuliyyəti zamin qismində öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər həmin Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 06 yanvar 2022-ci il tarixli, 12nkBRD/22 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiklərinə görə ödənilməmiş əsas borc qismində 6.953 manat 40 qəpik, 16 may 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.514 manat 71 qəpik, cərimə faizləri qismində 92 manat 75 qəpik, cəmi 8.560 manat 86 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə ərizə verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 106 manat 01 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 əsas borcun əvəzi qismində 6.953 (altı min doqquz yüz əlli üç) manat 40 (qırx) qəpik, 16 may 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 1.514 (bir min beş yüz on dörd) manat 71 (yetmiş bir) qəpik, cərimə faizləri qismində 92 (doxsan iki) manat 75 (yetmiş beş) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 106 (bir yüz altı) manat 01 (bir) qəpik, cəmi 8.666 (səkkiz min altı yüz altmış altı) manat 87 (səksən yeddi) qəpik məbləğində pul vəsaiti müştərək qaydada tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-720/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-720/2023
31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver