Məhkəmə qərarları › İş №e-2(022)-721/2023

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-721/2023

17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-721/2023 17.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı “Bank Respublka” açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinə əsasən borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: “Bank Respublka” açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsinə əsasən 12800 manat əsas borc, 922,4 manat faiz borcu, 100,47 manat cərimə borcu, cəmi 13822,51 manat borcun və 131,47 manat dövlət rusumunun ödənilməsi tələbinə dair iddia ərizəsi Biləsuvar Rayon Məhkəməsinə daxil olmuşdur. İddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə cavab vermir. Belə ki, MPM-in 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsini imzalamaq səlahiyyətinə malik olan nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə iddia ərizəsinə əlavə edilməmişdir. MPM-in 152.1.1. və 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı “Bank Respublka” açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinə əsasən 12800 manat əsas borc, 922,4 manat faiz borcu, 100,47 manat cərimə borcu, cəmi 13822,51 manat borcun və 131,47 manat dövlət rusumunun ödənilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı “Bank Respublka” açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinə əsasən borcun ödənilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar