Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-723/2023 17.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı “X1” açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinə əsasən borc tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: “X1” açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsinə əsasən borc tələbinə dair iddia ərizəsi Biləsuvar Rayon Məhkəməsinə daxil olmuşdur. İddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə cavab vermir. Belə ki, MPM-in 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Lakin məhkəməyə daxil olmuş iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısinda iddiaçının öz tələbini əsaslandıran sənədlər və dövlət rüsumuna dair qəbzin göstərilməsinə baxmayaraq iddia ərizəsinə əlavə edilməmişdir. MPM-in 152.1.1. və 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı “X1” açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinə əsasən borc tələbinə dair iddia ərizəsinə əlavə edilmiş sənədlər aşkar edilmədiyi üçün geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı “X1” açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinə əsasən borc tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №e-2(022)-723/2023
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-723/2023
17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver