Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-734/2023 19.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 25 fevral 2022-ci il tarixli 105804- 334655/1 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 1199 (min yüz doxsan doqquz) manat 25 (iyirmi beş) qəpik, faiz borcu qismində 219 (iki yüz on doqquz) manat 71 (yetmiş bir) qəpik, cəmi 1418 (min dörd yüz on səkkiz) manat 96 (doxsan altı) qəpik, 29 aprel 2022-ci il tarixli 5804-334655/2 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 525 (beş yüz iyirmi beş) manat 49 (qırx doqquz) qəpik, faiz borcu qismində 120 (yüz iyirmi) manat 95 (doxsan beş) qəpik, cəmi 646 (altı yüz qırx altı) manat 44 (qırx dörd) qəpik kredit borcu olmaqla, cəmi 2065 (iki min altmış beş) manat 40 (qırx) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 41 (qırx bir) manat 06 (sıfır altı) qəpik məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 105804-334655/1 saylı kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə illik 19,5% dərəcəsi ilə 1600 manat məbləğində kredit verilmişdir. Bundan başqa, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 105804- 334655/2 saylı kredit müqaviləsinə əsasən borcluya 18 ay müddətinə illik 19% dərəcəsi ilə 700 manat məbləğində kredit verilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. 27 mart 2023-cü il tarixinə cavabdehin 25 fevral 2022-ci il tarixli 105804-334655/1 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 1199 (min yüz doxsan doqquz) manat 25 (iyirmi beş) qəpik, faiz borcu qismində 219 (iki yüz on doqquz) manat 71 (yetmiş bir) qəpik, cəmi 1418 (min dörd yüz on səkkiz) manat 96 (doxsan altı) qəpik, 29 aprel 2022-ci il tarixli 5804-334655/2 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 525 (beş yüz iyirmi beş) manat 49 (qırx doqquz) qəpik, faiz borcu qismində 120 (yüz iyirmi) manat 95 (doxsan beş) qəpik, cəmi 646 (altı yüz qırx altı) manat 44 (qırx dörd) qəpik kredit borcu olmaqla, cəmi 2065 (iki min altmış beş) manat 40 (qırx) qəpik məbləğində borcu yaranmışdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPMin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 105804-334655/1 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 19,5% dərəcəsi ilə 1600 manat və xx.xx.2022-ci il tarixli 105804-334655/2 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 19% dərəcəsi ilə 700 manat məbləğində kredit verilmişdir.. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyətinin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25 fevral 2022-ci il tarixli 105804-334655/1 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 1199 (min yüz doxsan doqquz) manat 25 (iyirmi beş) qəpik, faiz borcu qismində 219 (iki yüz on doqquz) manat 71 (yetmiş bir) qəpik, cəmi 1418 (min dörd yüz on səkkiz) manat 96 (doxsan altı) qəpik, 29 aprel 2022-ci il tarixli 5804-334655/2 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 525 (beş yüz iyirmi beş) manat 49 (qırx doqquz) qəpik, faiz borcu qismində 120 (yüz iyirmi) manat 95 (doxsan beş) qəpik, cəmi 646 (altı yüz qırx altı) manat 44 (qırx dörd) qəpik kredit borcu olmaqla, cəmi 2065 (iki min altmış beş) manat 40 (qırx) qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh 25 fevral 2022-ci il tarixli 105804- 334655/1 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 1199 (min yüz doxsan doqquz) manat 25 (iyirmi beş) qəpik, faiz borcu qismində 219 (iki yüz on doqquz) manat 71 (yetmiş bir) qəpik, cəmi 1418 (min dörd yüz on səkkiz) manat 96 (doxsan altı) qəpik, 29 aprel 2022-ci il tarixli 5804-334655/2 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 525 (beş yüz iyirmi beş) manat 49 (qırx doqquz) qəpik, faiz borcu qismində 120 (yüz iyirmi) manat 95 (doxsan beş) qəpik, cəmi 646 (altı yüz qırx altı) manat 44 (qırx dörd) qəpik kredit borcu olmaqla, cəmi 2065 (iki min altmış beş) manat 40 (qırx) qəpik məbləğdə pul vəsaiti İddiaçı açıq səhmdar açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. MM-in 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştİrakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştİrakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştİrakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştİrak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, İddiaçı açıq səhmdar cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 41 (qırx bir) manat 06 (sıfır altı) qəpik məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 25 fevral 2022-ci il tarixli 105804-334655/1 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 1199 (min yüz doxsan doqquz) manat 25 (iyirmi beş) qəpik, faiz borcu qismində 219 (iki yüz on doqquz) manat 71 (yetmiş bir) qəpik, cəmi 1418 (min dörd yüz on səkkiz) manat 96 (doxsan altı) qəpik, 29 aprel 2022-ci il tarixli 5804-334655/2 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 525 (beş yüz iyirmi beş) manat 49 (qırx doqquz) qəpik, faiz borcu qismində 120 (yüz iyirmi) manat 95 (doxsan beş) qəpik, cəmi 646 (altı yüz qırx altı) manat 44 (qırx dörd) qəpik kredit borcu olmaqla, cəmi 2065 (iki min altmış beş) manat 40 (qırx) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 41 (qırx bir) manat 06 (sıfır altı) qəpik məbləğdə pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmənin hakimi Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-734/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-734/2023
19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver