Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-777/2025 05.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3 Səxavət qızına, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi barədə kiçik iddiasına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3 Səxavət qızı, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 24 oktyabr 2024-cü il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1384.40 (bir min üç yüz səksən dörd 40 qəpik) manat, faiz borcu üzrə 115.81 (yüz on beş 81 qəpik) manat, cərimə üzrə 83.72 (səksən üç 72 qəpik) manat olmaqla ümumilikdə 1583.93 (bir min beş yüz səksən üç 93 qəpik) manat və dövlət rüsümu kimi ödənilmiş 36 manat pul vəsaitinin Bank Olmayan Kredit Təşkilatı"xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Bank Olmayan Kredit Təşkilatı"xxxx" ASC ilə Cavabdeh3 Səxavət qızı arasında bağlanmış 24 oktyabr 2024-cü il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 (on səkkiz) ay müddətinə 24 aprel 2026-cı il tarixə qədər aylıq qalıq borcun 33 % dərəcəsini tətbiq etməklə 1500 manat (bir min beş yüz manat) məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh3 Səxavət qızı üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh3 Səxavət qızı müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh3 Səxavət qızı ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmış, lakin danışıqlar heç bir fayda verməmişdir Bank Olmayan Kredit Təşkilatı"xxxx" ASC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 arasında 24 oktyabr 2024-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh3 Səxavət qızı ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh3 Səxavət qızının, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 02 aprel 2025ci il tarixli arayışa əsasən BOKT "xxxx" ASC-nə olan borcunun məbləği əsas məbləğ üzrə 1384.40 (bir min üç yüz səksən dörd 40 qəpik) manat, faiz üzrə 115.81 (yüz on beş 81 qəpik) manat, cərimə üzrə 83.72 (səksən üç 72 qəpik) manat olmaqla, ümumilikdə 1583.93 (bir min beş yüz səksən üç 93 qəpik) manat təşkil edir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı"xxxx" ASC ilə Cavabdeh3 Səxavət qızı arasında bağlanmış 24 oktyabr 2024-cü il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 (on səkkiz) ay müddətinə 24 aprel 2026-cı il tarixə qədər aylıq qalıq borcun 33 % dərəcəsini tətbiq etməklə 1500 manat (bir min beş yüz manat) məbləğində kredit verilmişdir. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı"xxxx" açıq səhmdar cəmiyyətinin 02 aprel 2025-ci il tarixli arayışa əsasən BOKT "xxxx" ASC-nə olan borcunun məbləği əsas məbləğ üzrə 1384.40 (bir min üç yüz səksən dörd 40 qəpik) manat, faiz üzrə 115.81 (yüz on beş 81 qəpik) manat, cərimə üzrə 83.72 (səksən üç 72 qəpik) manat olmaqla ümumilikdə 1583.93 (bir min beş yüz səksən üç 93 qəpik) manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin halları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən xəbərdar edilməsinə baxmayaraq cavabdeh Bank Olmayan Kredit Təşkilatı"xxxx" ASC-dən müqaviləyə əsasən götürülmüş kredit borcunu, həmçinin həmin müqavilə ilə müəyyən edilmiş müddətlərdə ödənilməli olan faizləri ödəməli olduqları halda, müqavilə öhdəliyini pozaraq ödəməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qanunun yuxarıda göstərilən tələblərinin işin halları üzrə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, borclu Cavabdeh3 Səxavət qızı 24 oktyabr 2024-cü il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən kreditor Bank Olmayan Kredit Təşkilatı"xxxx" ASC qarşısında götürdüyü öhdəliyi icra etməməklə (vaxtında icra etməməklə və qüsurla icra etməklə) kreditora ziyan dəymişdir və buna görə də vurduğu zərərin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh3 Səxavət qızından, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 24 oktyabr 2024-cü il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1384.40 (bir min üç yüz səksən dörd 40 qəpik) manat, faiz borcu üzrə 115.81 (yüz on beş 81 qəpik) manat, cərimə üzrə 83.72 (səksən üç 72 qəpik) manat olmaqla, ümumilikdə 1583.93 (bir min beş yüz səksən üç 93 qəpik) manat pul vəsaiti müştərək qaydada Bank Olmayan Kredit Təşkilatı"xxxx" açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı"xxxx" açıq səhmdar cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 36 (otuzaltı) manat məbləğdə pul vəsaiti də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq QƏTETDİ İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3 Səxavət qızı, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyətininnin xeyrinə 1384.40 (bir min üç yüz səksən dörd 40 qəpik) manat əsas borc, 115.81 (yüz on beş 81 qəpik) manat faiz borcu, 83.72 (səksən üç 72 qəpik) manat cərimə olmaqla ümumilikdə 1583.93 (bir min beş yüz səksən üç 93 qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 36 (otuzaltı) manat məbləğdə pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-777/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-777/2025
05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver