Məhkəmə qərarları › İş №e-2(022)-778/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-778/2024

21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-778/2024 21.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbi barədə kiçik iddiasına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 180 (yüz səksən) manat 18 (on səkkiz) qəpik əsas, 16 (on altı) manat 85 (səksən beş) qəpik cərimə, KM-nin qərarına əsasən müqavilə müddəti bitdikdən sonra illik 5 faiz olmaqla 32 (otuz iki) manat 43 (qırx üç) qəpik faiz borcu, cəmi 229 (iki yüz iyirmi doqquz) manat 46 (qırx altı) qəpik və 30 (otuz) manat ödənilən dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nin xeyirinə tutulması, həmin məbləğin cavabdehə məxsus Baymak 24 KV istilik sistemi və aksesuarlara yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixli İF/05376 saylı kredit müqaviləsinə əsasən, 12 ay müddətli, 840 AZN məbləğində illik 36 faiz olmaqla kredit verilmişdir. Verilən kreditin təminatı kimi xx.xx.2019-cu il tarixli girov müqaviləsinə əsasən cavabdehə məxsus Baymak 24 KV istilik sistemi və aksesuarları girov qoyulmuşdur. Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətinin keçməsinə və ödəniş barədə dəfələrlə şifahi, o cümlədən xx.xx.2023-ci il tarixli yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcunu ödəmir. Hazırda cavabdehin 180.18 AZN əsas, 16.85 AZN cərimə, KM-nin qərarına əsasən müqavilə müddəti bitdikdən sonra illik 5 faiz olmaqla 32.43 AZN faiz borcu - cəmi 229.46 AZN borcu qalmışdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli İF/05376 saylı kredit müqaviləsinə əsasən illik 36% ödəniş şərti ilə 12 ay müddətinə 840 manat cavabdehin mülkiyyətinə vermişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli İF/05376 saylı müqaviləyə əsasən Cavabdeh iddiaçı banka borcu 180 (yüz səksən) manat 18 (on səkkiz) qəpik əsas, 16 (on altı) manat 85 (səksən beş) qəpik cərimə, KM-nin qərarına əsasən müqavilə müddəti bitdikdən sonra illik 5 faiz olmaqla 32 (otuz iki) manat 43 (qırx üç) qəpik faiz borcu, cəmi borcu 229 (iki yüz iyirmi doqquz) manat 46 (qırx altı) qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin halları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən xəbərdar edilməsinə baxmayaraq cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müqaviləyə əsasən götürülmüş kredit borcunu, həmçinin həmin müqavilə ilə müəyyən edilmiş müddətlərdə ödənilməli olan faizləri ödəməli olduqları halda, müqavilə öhdəliyini pozaraq ödəməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qanunun yuxarıda göstərilən tələblərinin işin halları üzrə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, borclu Cavabdeh xx.xx.2019-cu il tarixli İF/05376 saylı kredit müqaviləsinə əsasən kreditor "xxxx" MMC qarşısında götürdüyü öhdəliyi icra etməməklə (vaxtında icra etməməklə və qüsurla icra etməklə) kreditora ziyan dəymişdir və buna görə də vurduğu zərərin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən İddiaçı "xxxx" MMC, digər tərəfdən Cavabdeh olmaqla xx.xx.2019-cu il tarixli İF/05376 saylı kredit müqaviləsi və həmin müuqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə tərəflər arasında xx.xx.2019-cu il tarixli 05376 saylı girov müqaviləsi bağlanmış və bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsnə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Məhkəmə işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli İF/05376 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə 180 (yüz səksən) manat 18 (on səkkiz) qəpik əsas, 16 (on altı) manat 85 (səksən beş) qəpik cərimə, KM-nin qərarına əsasən müqavilə müddəti bitdikdən sonra illik 5 faiz olmaqla 32 (otuz iki) manat 43 (qırx üç) qəpik faiz borcu, cəmi 229 (iki yüz iyirmi doqquz) manat 46 (qırx altı) qəpik borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, tutma Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsus olan Baymak 24 KV istilik sistemi və aksesuarlara yönəldilməli, onların açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsait hesabına "xxxx" MMC-nə olan 180 (yüz səksən) manat 18 (on səkkiz) qəpik əsas, 16 (on altı) manat 85 (səksən beş) qəpik cərimə, KM-nin qərarına əsasən müqavilə müddəti bitdikdən sonra illik 5 faiz olmaqla 32 (otuz iki) manat 43 (qırx üç) qəpik faiz borcu, cəmi 229 (iki yüz iyirmi doqquz) manat 46 (qırx altı) qəpik kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ödənilməli, satışdan əldə edilən vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi cavabdehə verilməlidr. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat məbləğdə pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq QƏTETDİ İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 180 (yüz səksən) manat 18 (on səkkiz) qəpik əsas borc, 16 (on altı) manat 85 (səksən beş) qəpik cərimə, 32 (otuz iki) manat 43 (qırx üç) qəpik faiz borcu, cəmi 229 (iki yüz iyirmi doqquz) manat 46 (qırx altı) qəpik borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pul vəsaiti tutulsun. Tutma Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan Baymak 24 KV istilik sistemi və aksesuarlara yönəldilsin. Onların açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsait hesabına "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan 180 (yüz səksən) manat 18 (on səkkiz) qəpik əsas, 16 (on altı) manat 85 (səksən beş) qəpik cərimə, 32 (otuz iki) manat 43 (qırx üç) qəpik faiz borcu, cəmi 229 (iki yüz iyirmi doqquz) manat 46 (qırx altı) qəpik kredit borcu, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilsin. Satışdan əldə edilən vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi cavabdehə verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar