Məhkəmə qərarları › İş №e-2(022)-804/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-804/2023

11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-804/2023 11.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı “X4” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı “X4” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X4” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə əsas borc qismində 8187 (səkkiz min yüz səksən yeddi) manat 35 (otuz beş) qəpik, faiz borcu qismində 707 (yeddi yüz yeddi) manat 87 (səksən yeddi) qəpik, cərimə borcu qismində 4 (dörd) manat 05 (sıfır beş) qəpik, cəmi 8899 (səkkiz min səkkiz yüz doxsan doqquz) manat 27 (iyirmi yeddi) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 109 (yüz doqquz) manat 40 (qırx) qəpik məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərmişdir ki, "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 590nkSTB2/22 saylı kredit müqviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 8188 manat məbləğdə kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilmədinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, hazırda maddi imkanı çətin olduğundan borcunu birdəfəlik ödəmək imkanı olmadığını, lakin hissə-hissə ödəyə biləcəyini bildirdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli 590nkSTB2/22 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 18 faizlə 60 ay müddətinə 8188 manat məbləğində kredit verilmişdir. İşdə olan 02 iyun 2023-cü il tarixli "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə borcu əsas borc qismində 8187 (səkkiz min yüz səksən yeddi) manat 35 (otuz beş) qəpik, faiz borcu qismində 707 (yeddi yüz yeddi) manat 87 (səksən yeddi) qəpik, cərimə borcu qismində 4 (dörd) manat 05 (sıfır beş) qəpik, cəmi 8899 (səkkiz kin səkkiz yüz doxsan doqquz) manat 27 (iyirmi yeddi) qəpik təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə mülki işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 590nkSTB2/22 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 8187 (səkkiz min yüz səksən yeddi) manat 35 (otuz beş) qəpik, faiz borcu qismində 707 (yeddi yüz yeddi) manat 87 (səksən yeddi) qəpik, cərimə borcu qismində 4 (dörd) manat 05 (sıfır beş) qəpik, cəmi 8899 (səkkiz min səkkiz yüz doxsan doqquz) manat 27 (iyirmi yeddi) qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MM-in 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 109 (yüz doqquz) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin xeyrinə əsas borc qismində 8187 (səkkiz min yüz səksən yeddi) manat 35 (otuz beş) qəpik, faiz borcu qismində 707 (yeddi yüz yeddi) manat 87 (səksən yeddi) qəpik, cərimə borcu qismində 4 (dörd) manat 05 (sıfır beş) qəpik, cəmi 8899 (səkkiz min səkkiz yüz doxsan doqquz) manat 27 (iyirmi yeddi) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 109 (yüz doqquz) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar