Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-805/2023 03.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin cavabdeh X3 qarşı kredit borcu tələbi barədə kiçik iddiasına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyəti cavabdeh X3 qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 97 (doxsan yeddi) manat 75 (yetmiş beş) qəpik əsas, 22 (iyirmi iki) manat 57 (əlli yeddi) qəpik faiz, 1 (bir) manat 42 (qırx iki) qəpik cərimə borcu, cəmi 121 (yüz iyirmi bir) manat 74 (yetmiş dörd) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, cavabdeh X4 xx.xx.2022-ci il tarixdə müvafiq ərizə imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş 01U/21 saylı xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təstiq (aksept) etmişdir.Ümumi ofertanın 16.1-ci bəndinə və təstiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdeh üçün xx.xx.2022ci il tarixdə xx.xx.2025-ci oil tarixədək illik 28% olmaqla istehlak məqsədləri üçün 100 manat kredit xətti açılmış, məbləğ cavabdehin ödəniş kartına köçürülmüşdür.Ümumi ofertanın 17.11-ci bəndinə əsasən müştəri kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə bank borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 %-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələblərini məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin xx.xx.2022-ci il tarixli 3655sAHMb/22 saylı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X4 ilə "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli 3655sAHMb/22 saylı müqaviləyə əsasən X2 iddiaçı banka borcu xx.xx.2023-cü il tarixə ödənilməmiş 97 (doxsan yeddi) manat 75 (yetmiş beş) qəpik əsas, 22 (iyirmi iki) manat 57 (əlli yeddi) qəpik faiz, 1 (bir) manat 42 (qırx iki) qəpik cərimə borcu, cəmi 121 (yüz iyirmi bir) manat 74 (yetmiş dörd) qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh X4 xx.xx.2022-ci il tarixli 3655sAHMb/22 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş 97 (doxsan yeddi) manat 75 (yetmiş beş) qəpik əsas, 22 (iyirmi iki) manat 57 (əlli yeddi) qəpik faiz, 1 (bir) manat 42 (qırx iki) qəpik cərimə borcu, cəmi 121 (yüz iyirmi bir) manat 74 (yetmiş dörd) qəpik məbləğdə pul vəsaiti cavabdeh X1 iddiaçı "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat 40 (qırx) qəpik məbləğdə pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh X1 iddiaçı "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin xeyrinə 97 (doxsan yeddi) manat 75 (yetmiş beş) qəpik əsas, 22 (iyirmi iki) manat 57 (əlli yeddi) qəpik faiz, 1 (bir) manat 42 (qırx iki) qəpik cərimə borcu, cəmi 121 (yüz iyirmi bir) manat 74 (yetmiş dörd) qəpik borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik məbləğdə pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-805/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-805/2023
03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver