Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-809/2023 03.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı “Bank BTB” açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: “Bank BTB” açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, iddiaçı Bank BTB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli FN-00715-00/22A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə ödənilməmiş 3000 (üç min) manat əsas borc, 357 (üç yüz əlli yeddi) manat 51 (əlli bir) qəpik faiz borcu, 162 (yüz altmış iki) manat 44 (qırx dörd) qəpik dəbbə borcu, ümumilikdə 3519 (üç min beş yüz on doqquz) manat 95 (doxsan beş) qəpik məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 55 (əlli beş) manat 19 (on doqquz) qəpik və 0,40 (qırx) qəpik bank xidməti haqqının Cavabdeh iddiaçı “Bank BTB” açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, “Bank BTB” açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli FN-00715-00/22A saylı krediti müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədilə illik 22 faiz hesablanması şərti ilə 36 ay müddətinə 3000 manat məbləğdə kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir.Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikdirmə əmələ gəlmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPMin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “Bank BTB” açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli FN-00715-00/22A saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 22 faiz dərəcəsi tətbiq edilmişdir. İşdə olan “Bank BTB” açıq səhmdar cəmiyyətinin xx.xx.2021-ci il tarixli FN-00715- 00/22A saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, “Bank BTB” açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli FN-00715-00/22A saylı kredit müqaviləsinə əsasən Cavabdeh 3000 (üç min) manat əsas borc, 357 (üç yüz əlli yeddi) manat 51 (əlli bir) qəpik faiz borcu, 162 (yüz altmış iki) manat 44 (qırx dörd) qəpik dəbbə borcu, ümumilikdə 3519 (üç min beş yüz on doqquz) manat 95 (doxsan beş) qəpik təşkil etmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli FN-00715- 00/22A saylı kredit müqaviləsinə əsasən 3000 (üç min) manat əsas borc, 357 (üç yüz əlli yeddi) manat 51 (əlli bir) qəpik faiz borcu, 162 (yüz altmış iki) manat 44 (qırx dörd) qəpik dəbbə borcu, ümumilikdə 3519 (üç min beş yüz on doqquz) manat 95 (doxsan beş) qəpik məbləğdə pul vəsaiti “Bank BTB” açıq səhmdar açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştİrakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştİrakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştİrakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştİrak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, “Bank BTB” açıq səhmdar cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 55 (əlli beş) manat 19 (on doqquz) qəpik məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh iddiaçı “Bank BTB” açıq səhmdar cəmiyyətinin xeyrinə 3000 (üç min) manat əsas borc, 357 (üç yüz əlli yeddi) manat 51 (əlli bir) qəpik faiz borcu, 162 (yüz altmış iki) manat 44 (qırx dörd) qəpik dəbbə borcu, ümumilikdə 3519 (üç min beş yüz on doqquz) manat 95 (doxsan beş) qəpik məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 55 (əlli beş) manat 19 (on doqquz) qəpik və 0,40 (qırx) qəpik bank xidməti haqqı tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1
Məhkəmə qərarları › İş №e-2(022)-809/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-809/2023
03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver