Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-819/2023 03.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: "xxxx" QSC kiçik iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" qapalı səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26 oktyabr 2021-ci il tarixli PRL-135-0511-21 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 1058 (min əlli səkkiz) manat 72 (yetmiş iki) qəpik əsas kredit borcu, 198 (yüz doxsan səkkiz) manat 19 (on doqquz) qəpik cərimə borcu, ümumilikdə cəmi 1256 (min iki yüz əlli altı) manat 91 (doxsan bir) qəpik məbləğdə pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32 (otuz iki) manat 57 (əlli yeddi) qəpik pul vəsaitinin Cavabdeh "xxxx" qapalı səhmdar cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, "xxxx" qapalı səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26 oktyabr 2021-ci il tarixli PRL-135-0511-21 saylı kredit müqaviləsin əsasən 19 ay müddətinə 4508 manat məbləğdə kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini iddiaçı qarşısında icra etməyən cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixinə 1058.72 manat əsas kredit borcu, 198.19 manat cərimə borcu, cəmi 1256.91 manat borcu qalmaqdadır.Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPMin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" qapalı səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26 oktyabr 2021-ci il tarixli PRL-135-0511-21 saylı kredit müqaviləsinə əsasən ona 19 ay müddətinə 4508 manat kredit verilmişdir. İşdə olan MJ Financial Services bank olmayan kredit təşkilatı” qapalı səhmdar cəmiyyətinin 26 oktyabr 2021-ci il tarixli PRL-135-0511-21 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, MJ Financial Services bank olmayan kredit təşkilatı” qapalı səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26 oktyabr 2021-ci il tarixli PRL-135-0511-21 saylı kredit müqaviləsinə əsasən 1058 (min əlli səkkiz) manat 72 (yetmiş iki) qəpik əsas kredit borcu, 198 (yüz doxsan səkkiz) manat 19 (on doqquz) qəpik cərimə borcu, ümumilikdə cəmi 1256 (min iki yüz əlli altı) manat 91 (doxsan bir) qəpik təşkil etmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh 26 oktyabr 2021-ci il tarixli PRL- 135-0511-21 saylı kredit müqaviləsinə əsasən 1058 (min əlli səkkiz) manat 72 (yetmiş iki) qəpik əsas kredit borcu, 198 (yüz doxsan səkkiz) manat 19 (on doqquz) qəpik cərimə borcu, ümumilikdə cəmi 1256 (min iki yüz əlli altı) manat 91 (doxsan bir) qəpik məbləğdə pul vəsaiti MJ Financial Services bank olmayan kredit təşkilatı” qapalı səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştİrakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştİrakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştİrakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştİrak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, “Bank VTB (Azərbaycan)” açıq səhmdar cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 32 (otuz iki) manat 57 (əlli yeddi) qəpik məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. "xxxx" qapalı səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26 oktyabr 2021-ci il tarixli PRL-135-0511-21 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh iddiaçı "xxxx" qapalı səhmdar cəmiyyətinin xeyrinə 26 oktyabr 2021-ci il tarixli PRL-135-0511-21 saylı kredit müqaviləsinə əsasən 1058 (min əlli səkkiz) manat 72 (yetmiş iki) qəpik əsas kredit borcu, 198 (yüz doxsan səkkiz) manat 19 (on doqquz) qəpik cərimə borcu, ümumilikdə cəmi 1256 (min iki yüz əlli altı) manat 91 (doxsan bir) qəpik məbləğdə borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32 (otuz iki) manat 57 (əlli yeddi) qəpik məbləğdə pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1
Məhkəmə qərarları › İş №e-2(022)-819/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-819/2023
03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver