Məhkəmə qərarları › İş №e-2(022)-828/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-828/2023

07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-828/2023 07.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X1katibliyi ilə, İddiaçı “X3 Azərbaycan” qapalı səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı “X3 Azərbaycan” qapalı səhmdar cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əsas borc qismində 903 (doqquz yüz üç) manat 82 (səksən iki) qəpik, faiz borcu 85 (səksən beş) manat 58 (əlli səkkiz) qəpik, cərimə borcu 849 (səkkiz yüz qırx doqquz) manat 72 (yetmiş iki) qəpik, komissyalar üzrə borc 21 (iyirmi bir manat 96 (doxsan altı) qəpik, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 8 (səkkiz) manat, cəmi borc 1869 (min səkkiz yüz altmış doqquz) manat 08 (sıfır səkkiz) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğdə pul vəsaitinin “X3 Azərbaycan” qapalı səhmdar cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, xx.xx.2013-cü il tarixdə “X3 Azərbaycan” qapalı səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bank hesabı, debet kartı, kredi kartı və zaminlik haqqında müqavilə bağlanmışdır.Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 1000 manat məbləğində 5 il müddətinə kredit kartı limiti (kredit xətti) açılmışdır.”Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komissiyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə banka qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən iddiaçıya əsas borc qismində 903 (doqquz yüz üç) manat 82 (səksən iki) qəpik, faiz borcu 85 (səksən beş) manat 58 (əlli səkkiz) qəpik, cərimə borcu 849 (səkkiz yüz qırx doqquz) manat 72 (yetmiş iki) qəpik, komissyalar üzrə borc 21 (iyirmi bir manat 96 (doxsan altı) qəpik, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 8 (səkkiz) manat, cəmi borc 1869 (min səkkiz yüz altmış doqquz) manat 08 (sıfır səkkiz) qəpik təşkil edir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan “X3 Azərbaycan” qapalı səhmdar cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 5 il müddətinə qaytarılmaq şərti ilə 1000 manat məbləğdə kredit verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixə əsas borcu 903 (doqquz yüz üç) manat 82 (səksən iki) qəpik, faiz borcu 85 (səksən beş) manat 58 (əlli səkkiz) qəpik, cərimə borcu 849 (səkkiz yüz qırx doqquz) manat 72 (yetmiş iki) qəpik, komissyalar üzrə borc 21 (iyirmi bir) manat 96 (doxsan altı) qəpik, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 8 (səkkiz) manat, cəmi borc 1869 (min səkkiz yüz altmış doqquz) manat 08 (sıfır səkkiz) qəpik təşkil etmişdir. MM-in 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq 849 manat 72 qəpik təşkil edən cərimə məbləğinin 84 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehnın «X3 Azərbaycan” qapalı səhmdar cəmiyyətinin qarşısında xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış əsas borc 903 (doqquz yüz üç) manat 82 (səksən iki) qəpik, faiz borcu 85 (səksən beş) manat 58 (əlli səkkiz) qəpik, cərimə borcu 84 (səksən dörd) manat, komissyalar üzrə borc 21 (iyirmi bir) manat 96 (doxsan altı) qəpik, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 8 (səkkiz) manat, cəmi borc 1103 (min yüz üç) manat 36 (otuz altı) qəpik məbləğdə pul vəsaiti cavabdehdən «X3 Azərbaycan” qapalı səhmdar cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun xərclənmiş pul vəsaitinin 10 manat məbləğində hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun ödənilməsinə xərclənmiş vəsaitin qalan hissəsinin əvəzi qismində 20 manat məbləğində pul vəsaiti cavabdehdən «X3 Azərbaycan” qapalı səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı “X3 Azərbaycan” qapalı səhmdar cəmiyyətinin xeyrinə əsas borc qismində 903 (doqquz yüz üç) manat 82 (səksən iki) qəpik, faiz borcu olaraq 85 (səksən beş) manat 58 (əlli səkkiz) qəpik, cərimə borcu olaraq 84 (səksən dörd) manat, komissyalar üzrə borc 21 (iyirmi bir) manat 96 (doxsan altı) qəpik, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 8 (səkkiz) manat, cəmi borc 1103 (min yüz üç) manat 36 (otuz altı) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar