Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-83/2024 30.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdulazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli BRCB1043003B299 saylı kredit kartı müqaviləsinə əsasən 644 (altı yüz qırx dörd) manat 50 (əlli) qəpik əsas, 108 (yüz səkkiz) manat 49 (qırx doqquz) qəpik faiz, cəmi 752(yeddi yüz əlli iki) manat 99 (doxsan doqquz) qəpik borcun, xx.xx.2023-cü il tarixli GTKR1043004B299 saylı kredit müqaviləsinə əsasən 8000 (səkkiz min) manat əsas, 887 (səkkiz yüz səksən yeddi) manat 37 (otuz yeddi) qəpik faiz, cəmi 8887 (səkkiz min səkkiz yüz səksən yeddi) manat 37 (otuz yeddi) qəpik borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 116 (yüz on altı) manat 40 (qırx) qəpik pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli GTKR1043004B299 saylı kredit müqaviləsinə əsasən ona 17.5 faiz dərəcəsi ilə, 24 ay müddətinə 8000 AZN məbləğində kredit verilmişdir. Daha dəqiq desək kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli BRCB1043003B299 saylı Kredit kartı müqaviləsinə əsasən illik 25 faiz dərəcəsi ilə 1000 AZN məbləğində pul onun kartına mədaxil edilmişdir. Daha dəqiq desək kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbini əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı, hesabdan çıxarış və kassa məxaric qəbzidir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-nə xx.xx.2023-cü il tarixli BRCB1043003B299 saylı kredit müqaviləsinə əsasən 644,50 AZN əsas, 108,49 AZN faiz, cəmi 752,99 AZN borcu, xx.xx.2023-cü il tarixli GTKR1043004B299 saylı kredit müqaviləsinə əsasən 8000 AZN əsas, 887,37 AZN faiz, cəmi 8887,37 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək onların iştirakı olmadan işə baxılmasını və iddialanın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, hazırda borcunu tam ödəmək imkanının olmadığını, lakin hissə-hissə ödəyə biləcəyini göstərmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli BRCB1043003B299 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh kreditdən istifadəyə görə illik 25% borc faizləri ödəməsi şərtilə 36 ay müddətinə 1000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli BRCB1043004B299 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh kreditdən istifadəyə görə illik 17,5% borc faizləri ödəməsi şərtilə 24 ay müddətinə 8000 manat məbləğində kredit vermişdir. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyətinin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli BRCB1043003B299 saylı kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçı banka borcu xx.xx.2023-cü il tarixə ödənilməmiş xx.xx.2023-cü il tarixli BRCB1043003B299 saylı kredit kartı müqaviləsinə əsasən 644 (altı yüz qırx dörd) manat 50 (əlli) qəpik əsas, 108 (yüz səkkiz) manat 49 (qırx doqquz) qəpik faiz, cəmi 752 (yeddi yüz əlli iki) manat 99 (doxsan doqquz) qəpik məbləğində, xx.xx.2023-cü il tarixli GTKR1043004B299 saylı kredit müqaviləsinə əsasən 8000 (səkkiz min) manat əsas, 887 (səkkiz yüz səksən yeddi) manat 37 (otuz yeddi) qəpik faiz, cəmi 8887 (səkkiz min səkkiz yüz səksən yeddi) manat 37 (otuz yeddi) qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşdə olan iddiaçı bank tərəfindən cavabdehə ünvanlanmış bildirişlərdən görünür ki, bank cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli BRCB1043003B299 saylı və xx.xx.2023-cü il tarixli GTKR1043004B299 saylı kredit müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş xx.xx.2023-cü il tarixli BRCB1043003B299 saylı kredit kartı müqaviləsinə əsasən 644 (altı yüz qırx dörd) manat 50 (əlli) qəpik əsas, 108 (yüz səkkiz) manat 49 (qırx doqquz) qəpik faiz, cəmi 752(yeddi yüz əlli iki) manat 99 (doxsan doqquz) qəpik məbləğində borc, xx.xx.2023-cü il tarixli GTKR1043004B299 saylı kredit müqaviləsinə əsasən 8000 (səkkiz min) manat əsas, 887 (səkkiz yüz səksən yeddi) manat 37 (otuz yeddi) qəpik faiz, cəmi 8887 (səkkiz min səkkiz yüz səksən yeddi) manat 37 (otuz yeddi) qəpik məbləğində pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 116 (yüz on altı) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli BRCB1043003B299 saylı kredit kartı müqaviləsinə əsasən 644 (altı yüz qırx dörd) manat 50 (əlli) qəpik əsas, 108 (yüz səkkiz) manat 49 (qırx doqquz) qəpik faiz, cəmi 752(yeddi yüz əlli iki) manat 99 (doxsan doqquz) qəpik borc, xx.xx.2023-cü il tarixli GTKR1043004B299 saylı kredit müqaviləsinə əsasən 8000 (səkkiz min) manat əsas, 887 (səkkiz yüz səksən yeddi) manat 37 (otuz yeddi) qəpik faiz, cəmi 8887 (səkkiz min səkkiz yüz səksən yeddi) manat 37 (otuz yeddi) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 116 (yüz on altı) manat 40 (qırx) qəpik pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-83/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-83/2024
30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver