Məhkəmə qərarları › İş №e-2(022)-841/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-841/2023

10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-841/2023 10.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X1katibliyi ilə, İddiaçı “X3 Azərbaycan” qapalı səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı “X3 Azərbaycan” qapalı səhmdar cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, əsas borc qismində 241 (iki yüz qırx bir) manat 57 (əlli yeddi) qəpik, faiz borcu 1 (bir) manat 06 (sıfır altı) qəpik, cərimə borcu 0.14 (on dörd) qəpik, cəmi borc 242 (iki yüz qırx iki) manat 77 (yetmiş yeddi) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğdə pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, xx.xx.2019-cu il tarixdə “X3 Azərbaycan” qapalı səhmdar cəmiyyəti ilə Cavabdeh arasında 263518 nömrəli güzəştli kredit və zaminlik müqaviləsi bağlanmışdır.Kredit müqaviləsininin şərtlərinə görə cavabdehə istehlak yönümlü 486 manat məbləğində pul ayrılmışdır. Cavabdeh 60 ay müddətinə kreditin əsas məbləğini və ona bir il güzəşt müddəti ilə illik 1% dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən iddiaçıya 241 (iki yüz qırx bir) manat 57 (əlli yeddi) qəpik, faiz borcu 1 (bir) manat 06 (sıfır altı) qəpik, cərimə borcu 0.14 (on dörd) qəpik, cəmi borc 242 (iki yüz qırx iki) manat 77 (yetmiş yeddi) qəpik təşkil edir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan “X3 Azərbaycan” qapalı səhmdar cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 1% dərəcəsi olmaqla, 60 ay müddətinə qaytarılmaq şərti ilə 486 manat məbləğdə kredit verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixə əsas borcu 241 (iki yüz qırx bir) manat 57 (əlli yeddi) qəpik, faiz borcu 1 (bir) manat 06 (sıfır altı) qəpik, cərimə borcu 0.14 (on dörd) qəpik, cəmi borc 242 (iki yüz qırx iki) manat 77 (yetmiş yeddi) qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə və MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı “X3 Azərbaycan” qapalı səhmdar cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh iddiaçı “X3 Azərbaycan” qapalı səhmdar cəmiyyətinin xeyrinə əsas borc qismində 241 (iki yüz qırx bir) manat 57 (əlli yeddi) qəpik, faiz borcu olaraq 1 (bir) manat 06 (sıfır altı) qəpik, cərimə borcu olaraq 0.14 (on dörd) qəpik, cəmi 242 (iki yüz qırx iki) manat 77 (yetmiş yeddi) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar