Məhkəmə qərarları › İş №e-2(022)-855/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-855/2023

01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-855/2023 01.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştitrakları ilə İddiaçı “Finca Azerbaijan” MM QBKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Finca Azerbaijan” MM QBKT cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 6500 (altı min beş yüz) manat, faiz borcuna görə 1926 (min doqquz yüz iyirmi altı) manat, cərimə borcuna görə 374 (üç yüz yetmiş dörd) manat 87 (səksən yeddi) qəpik, ümumilikdə cəmi 8800 (səkkiz min səkkiz yüz) manat 87 (səksən yeddi) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 108 (yüz səkkiz) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********0051 saylı kredit müqaviləsinə əsasən cavabdehə ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 26 faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 6500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 352 manat olmaqla bərabər hissələrdə ödəniş etməsinə razılaşmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yeni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilmişdir. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli **********0***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh3 və **********0051-628902 saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasına onların iştirakı olmadan baxılmasını və iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. Cababdeh Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, maddi cəhətdən imkanının zəif olmasını, borcunu tam şəkildə deyil, hissə-hissə ödəyə biləcəyini göstərdi. Cavabdeh3 da eyni məzmunda ifadə verərək iddianın qismən təmin olunmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli **********0051 saylı kredit müqaviləsindən görünür ki, “Finca Azerbaijan” MM QBKT və Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********0051 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 26 faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 6500 manat məbləğdə kredit verilmişdir. İşdə olan «Finca Azerbaijan” MM QBKT-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə “Finca Azerbaijan” MM QBKT arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********0051 saylı kredit müqaviləsinə əsasən cavabdehin iddiaçıya ödənilməmiş əsas borc qismində 6500 (altı min beş yüz) manat, faiz borcuna görə 1926 (min doqquz yüz iyirmi altı) manat, cərimə borcuna görə 374 (üç yüz yetmiş dörd) manat 87 (səksən yeddi) qəpik, ümumilikdə cəmi 8800 (səkkiz min səkkiz yüz) manat 87 (səksən yeddi) qəpik borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bundan başqa, iş materiallarında olan **********0***-******* və **********0051- 628902 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh3 və Cavabdeh2 xx.xx.2022ci il tarixli **********0051 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinə görə məsuliyyəti zamin qismində öz üzərlərinə götürmüşlər. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli **********0051 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borc qismində 6500 (altı min beş yüz) manat, faiz borcuna görə 1926 (min doqquz yüz iyirmi altı) manat, cərimə borcuna görə 374 (üç yüz yetmiş dörd) manat 87 (səksən yeddi) qəpik, ümumilikdə cəmi 8800 (səkkiz min səkkiz yüz) manat 87 (səksən yeddi) qəpik məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı “Finca Azerbaijan” MM QBKT məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 108 (yüz səkkiz) manat 90 (doxsan) qəpik məbləğdə pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı “Finca Azerbaijan” MM QBKT-nin xeyrinə əsas borc qismində 6500 (altı min beş yüz) manat, faiz borcuna görə 1926 (min doqquz yüz iyirmi altı) manat, cərimə borcuna görə 374 (üç yüz yetmiş dörd) manat 87 (səksən yeddi) qəpik, ümumilikdə cəmi 8800 (səkkiz min səkkiz yüz) manat 87 (səksən yeddi) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 108 (yüz səkkiz) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar