Məhkəmə qərarları › İş №e-2(022)-877/2023

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-877/2023

23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-877/2023 23.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinə əsasən ödənilməmiş 701,79 manat əsas borc, 32,47 manat faiz borcu, 49,44 manat cərimə borcu, cəmi 783,70 manat kredit borcu və dövlət rüsumu qismində 30 manat məbləğində pul tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" qapalı səhmdar cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsinə əsasən ödənilməmiş 701,79 manat əsas borc, 32,47 manat faiz borcu, 49,44 manat cərimə borcu cəmi 783,70 manat kredit borcu və dövlət rüsumu qismində 30 manat məbləğində pulun iddiaçının xeyirinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) ərazi aidiyyəti qaydalarının tələblərinə əməl edilməklə verilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddia ərizəsindən görünür ki, cavabdeh Məmmədov X1 rayonu Kəbirli kəndində qeydiyyatda olmaqla həmin ərazidə yaşayır. Azərbaycan Respublikası MPM-nin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. MPM-in 152.1.3 -ci maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi geri qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" qapalı səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinə əsasən ödənilməmiş 701,79 manat əsas borc, 32,47 manat faiz borcu, 49,44 manat cərimə borcu, cəmi 783,70 manat kredit borcu və dövlət rüsumu qismində 30 manat məbləğində pulun iddiaçının xeyirinə tutulması tələbinə dair iddia ərizəsi cavabdeh fiziki şəxsin ünvanı üzrə verilmədiyi üçün geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı "xxxx" qapalı səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinə əsasən ödənilməmiş 701,79 manat əsas borc, 32,47 manat faiz borcu, 49,44 manat cərimə borcu, cəmi 783,70 manat kredit borcu və dövlət rüsumu qismində 30 manat məbləğində pulun iddiaçının xeyirinə tutulması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar