Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-908/2023 17.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kreditin və ona hesablanmış faiz borcunun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4083 (dörd min sıksın üç) manat 15 (on beş) qəpik əsas borcun, 733 (yeddi yüz otuz üç) manat 21 (iyirmi bir) qəpik faiz borcunun, 542 (beş yüz qırx iki) manat 45 (qırx beş) qəpik cərimə bocunun, cəmi 5358 (beş min üç yüz əlli səkkiz) manat 81 (səksən bir) qəpik məbləğində kredit borcunun və dövlət rüsumuna görə ödənilmiş 74 (yetmiş dörd) manat məbləğdı pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə illik 20% olmaqla 9970 manat məbləğində kredit verilmişdir. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Tərəflər məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh kreditdən istifadəyə görə illik 20% dərəcəsi ilə, hər ay 370 manat ödəmək şərti ilə 36 ay müddətinə 9970 manat məbləğində kredit vermişdir. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyətinin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçıya 4083 (dörd min sıksın üç) manat 15 (on beş) qəpik əsas borcu, 733 (yeddi yüz otuz üç) manat 21 (iyirmi bir) qəpik faiz borcu, 542 (beş yüz qırx iki) manat 45 (qırx beş) qəpik cərimə bocu, cəmi borcu 5358 (beş min üç yüz əlli səkkiz) manat 81 (səksən bir) qəpik məbləğ təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin iddiaçıya 4083 (dörd min sıksın üç) manat 15 (on beş) qəpik əsas borcu, 733 (yeddi yüz otuz üç) manat 21 (iyirmi bir) qəpik faiz borcu, 542 (beş yüz qırx iki) manat 45 (qırx beş) qəpik cərimə bocu, cəmi 5358 (beş min üç yüz əlli səkkiz) manat 81 (səksən bir) qəpik məbləğdə borcunun yarandığı təsdiq olunur. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq xx.xx.2020-ci il il tarixli müqavilə üzrə hesablanmış 542.45 manat məbləğdə cərimənin 40 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin qarşısında ödənilməmiş 4083 (dörd min sıksın üç) manat 15 (on beş) qəpik əsas borc, 733 (yeddi yüz otuz üç) manat 21 (iyirmi bir) qəpik faiz borcu, 40 (qırx) manat cərimə bocu, cəmi 4856 (dörd min səkkiz yüz əlli altı) manat 36 (otuz altı) qəpik məbləğdə pul vəsaiti İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. MM-in 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, güzəştli kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 60 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 4083 (dörd min sıksın üç) manat 15 (on beş) qəpik əsas borc, 733 (yeddi yüz otuz üç) manat 21 (iyirmi bir) qəpik faiz borcu, 40 (qırx) manat cərimə bocu, cəmi 4856 (dörd min səkkiz yüz əlli altı) manat 36 (otuz altı) qəpik borc və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 60 (altmış) manat məbləğdə pul vəsaiti tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1
Məhkəmə qərarları › İş №e-2(022)-908/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-908/2023
17.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver