Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-910/2023 22.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Cavabdeh2 iştirakı ilə İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcu tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən "xxxx" KB ASC-nin xeyrinə 10481.8 manat əsas, 1148.67 manat faiz, 372.97 manat cərimə, cəmi 12003.44 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 126.42 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında olan 917micSLY/21 saylı əsas kredit və bank hesabı müqaviləsi çərçivəsində bağlanmış 917micSLY/21 saylı xx.xx.2021-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 12% ödəmək şərti ilə 12000 manat kredit verilmişdir.Tərəflər arasında bağlanmış əlavə kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borc verən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. İddiaçının nümayəndəsi Rahim Seyfullayev məhkəməyə elektron ərizə ünvanlayaraq, məhkəmə iclasına onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 917micSLY/21 saylı əsas kredit və bank hesabı müqaviləsi çərçivəsində bağlanmış 917micSLY/21 saylı xx.xx.2021-ci il tarixli əlavə kredit müqaviləsindən görünür ki, 917micSLY/21 saylı əsas kredit və bank hesabı müqaviləsi çərçivəsində bağlanmış 917micSLY/21 saylı xx.xx.2021-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 12 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 12000 manat məbləğdə kredit verilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 iş üzrə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən (VÖEN: **********) vergi ödəyicisi kimi qeydiyyatdadır. İş üzrə iddiaçı isə hüquqi şəxs olaraq qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hazırki iş üzrə mübahisənin subyektlərindən görünür ki, Cavabdeh1 fərdi sahibkar statusuna malk olmaqla sahibkarlıq fəaliyyətini həyata keçirir, iddiaçı "xxxx" KB ASC isə hüquqi şəxs olaraq fəaliyyət göstərir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Qeyd edilən prosessual hüquq normalarının məzmunundan da göründüyü kimi iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi araşdırılarkən məhkəmə iddia ərizəsinin prosessual qanunvericiliyin tələblərinə uyğun verilib-verilməməsini, o cümlədən iddia ərizəsinin baxılmasının məhkəmə aidiyyətini də müəyyən edə bilər. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 13-cü bəndində məhkəmələrə izah edilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Belə ki, işdə olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi haqqında portaldan çıxarışdan görünür ki, Cavabdeh1 vergi ödəyicisidir və ********** saylı onun vergi ödəyicisi kimi elektron nömrəsi vardır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "xxxx" KB ASC-nin xeyrinə 10481.8 manat əsas, 1148.67 manat faiz, 372.97 manat cərimə, cəmi 12003.44 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 126.42 manat məbləğində vəsaitin tutulması barədə iddia ərizəsinə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "xxxx" KB ASC-nin xeyrinə 10481.8 manat əsas, 1148.67 manat faiz, 372.97 manat cərimə, cəmi 12003.44 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 126.42 manat məbləğində vəsaitin tutulması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №e-2(022)-910/2023
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-910/2023
22.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver