Məhkəmə qərarları › İş №e-2(022)-918/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-918/2023

28.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-918/2023 28.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı icarə müqaviləsi üzrə pul tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1084 (min səksən dörd) manat əsas və ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumunun tutularaq iddiaçı Aztur Rent A Car MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılımışıdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 113 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin təminatı kimi Kia Forte markalı, **-PF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi günlük 70 (yetmiş), ümumi 210 (iki yüz on) manat ödəmək şərti ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək icarəyə verilmişdir.Cavadbeh tərəfindən icarə müqaviləsinə əsasən yaranmış öhdəliklər pozulmuşdur. Belə ki, cavadbehin iştirakı ilə xx.xx.2023-cü il saat 23:31 radələrində Ələt-Astara yolunun 7-ci kilometrliyində yol nəqliyyat hadisəsi baş vermiş və nəqliyyat vasitəsinə külli miqdarda zərər dəymişdir. Sözü gedən qəzada Cavabdeh təqsirli bilinmiş və İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur.Nəqliyyat vasitəsi tam sığortalı olmuşdur. Lakin cavadbeh tərəfindən ödənilməli olan 300 (üç yüz) manat şərtiz azadolma məbləği ödənilməmiş saxlanılmışdır. Əlavə olaraq aralarında bağlanılmış xx.xx.2023-cü il tarixli 113 saylı icarə müqaviləsinin 3.8-ci bəndinə əsasən qəza baş verdiyi vaxtdan təmirdən çıxan vaxtadək olan günlərin sayı avtonəqliyyat vasitəsinin bir günlük icarə haqqının 70 faizi dəyərindən hesablanaraq icarəçi tərəfindən icarədara ödənilməlidir. Nəqliyyat vasitəsi günlük 70 (yetmiş) manat (yetmiş manatın 70 faizi-49 manat) olmaq şərtiylə icarəyə verilmiş və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək təmir mərkəzində olmuşdur. Beləliklə cavabdehin 1084 (min səksən dörd) manat zərərə görə borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etsələrdə, cavadbeh hər dəfə borcun ödənilməsindən yayınmış, dəymiş zərərin qarşılanması üçün heç bir səy göstərməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı MMC-nin istifadəsində olan Kia Forte markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi təmirxanada olmuşdur. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış № SN 113 saylı icarə müqaviləsindən görünür ki, Cavabdeh Kia Forte markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobili hər günü 70 manat olmaqla cəmi 210 manata xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi icarəyə götürmüşdür. İş materiallarında olan inzibati tənbeh vermə haqqında TP ******* saylı Qərardan görünür ki, Cavabdeh İXM-nin 327.1-ci madəsi ilə inzibati xəta törətdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı MMC-yə 1084 manat məbləğdə borcunun yarandığı təsdiq olunur. MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik normalarını və işin faktiki hallarını nəzər alaraq hesab edir ki, iddiaçının Cavabdeh 1084 (min səksən dörd) manat və ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu tutularaq iddiaçı Aztur Rent A Car MMC-nin xeyrinə ödənilməsi tələbinə dair iddiası təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki qanunvericliyin normalarının tələbindən göründüyü kimi icarə hüququ əmlaka müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və ondan istifadə etmək hüququdur. Əşyaya sahiblik isə həmin əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Belə olan halda icarə müqaviləsinin predmeti olan əşyanın icarəçiyə verildiyi andan icarəçi əmlak üzərində icarə müqaviləsindən irəli gələn hüquqlarını həyata keçirməklə yanaşı icarəyə verənin həmin əmlakından istifadəyə görə icarə haqqı ödəməli və icarəyə verənin qarşısında əmlakın qorunub saxlanması vəziəfəsini dayşıyır. Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən İddiaçı MMC, digər tərəfdən isə Cavabdeh olmaqla xx.xx.2023-cü il tarixli 113 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmış, Cavabdeh Kia Forte markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobili hər günü 70 manat olmaqla cəmi 210 manata xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi icarə götürmüş və bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, avtomaşının icarədə olduğu müddətdə yolnəqliyyat hadisəsəi baş vermiş və İddiaçı MMC-yə məxsus Kia Forte markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi təmirxanada olmuşdur. Tərəflər arasında bağlamış xx.xx.2023-cü il tarixli 113 saylı icarə müqaviləsinin 3.8-ci bəndinə əsasən qəza baş verdiyi vaxtdan təmirdən çıxan vaxtadək olan günlərin sayı avtonəqliyyat vasitəsinin bir günlük icarə haqqının 70 faizi dəyərindən hesablanaraq icarəçi tərəfindən icarədara ödənilməlidir. Nəqliyyat vasitəsi günlük 70 (yetmiş) manat (yetmiş manatın 70 faizi-49 manat) olmaq şərtiylə icarəyə verilmiş və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək təmir mərkəzində olmuş və nəticə etibarə ilə İddiaçı MMC-yə 1084 manat ziyan dəyməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1084 (min səksən dörd) manat tutularaq iddiaçı Aztur Rent A Car MMC-nin xeyrinə ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 32 (otuz iki) manat məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1084 (min səksən dörd) manat və ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu alınaraq iddiaçı Aztur Rent A Car MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar