Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-967/2023 04.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbi barədə kiçik iddiasına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 83 (səksən üç) manat 36 (otuz altı) qəpik əsas, 25 (iyirmi beş) manat 35 (otuz beş) qəpik faiz, 1 (bir) manat 08 (sıfır səkkiz) qəpik cərimə borcu, cəmi 109 (yüz doqquz) manat 79 (yetmiş doqquz) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 882sBKXb/22 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bank borcalana sms bildirişdə qeyd olunan müddətdə, illik faiz dərəcəsində 10000 manatadək kredit limiti ayırır, ona bank hesabı açır və ödəniş kartı təqdim edir.Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür.Kredit xəttindən istifadəyə görə minimum 1% (min 1 AZN) maksimum 6% (min 1 AZN) komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı borcalan tərəfindən əlavə olaraq ödənilir. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələblərini məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin 882sBKXb/22 saylı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 882.sBKXb/22 saylı müqaviləyə əsasən Cavabdeh iddiaçı banka borcu xx.xx.2023-cü il tarixə ödənilməmiş 83 (səksən üç) manat 36 (otuz altı) qəpik əsas, 25 (iyirmi beş) manat 35 (otuz beş) qəpik faiz, 1 (bir) manat 08 (sıfır səkkiz) qəpik cərimə borcu, cəmi 109 (yüz doqquz) manat 79 (yetmiş doqquz) qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh 882sBKXb/22 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş 83 (səksən üç) manat 36 (otuz altı) qəpik əsas, 25 (iyirmi beş) manat 35 (otuz beş) qəpik faiz, 1 (bir) manat 08 (sıfır səkkiz) qəpik cərimə borcu, cəmi 109 (yüz doqquz) manat 79 (yetmiş doqquz) qəpik məbləğdə pul vəsaiti Cavabdeh iddiaçı "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat 40 (qırx) qəpik məbləğdə pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin xeyrinə 83 (səksən üç) manat 36 (otuz altı) qəpik əsas, 25 (iyirmi beş) manat 35 (otuz beş) qəpik faiz, 1 (bir) manat 08 (sıfır səkkiz) qəpik cərimə borcu, cəmi 109 (yüz doqquz) manat 79 (yetmiş doqquz) qəpik borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik məbləğdə pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-967/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-967/2023
04.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver