Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-979/2023 26.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Abasov İlham Məmmədağa oğlunın vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 2537 (iki min beş yüz otuz yeddi) manat 81 (səksən bir) qəpik məbləğində əsas kredit borc, 18 (on səkkiz) manat 37 (otuz yeddi) qəpik məbləğində faiz borcu olmaqla, cəmi 2556 (iki min beş yüz əlli altı) manat 18 (on səkkiz) qəpik borcun və 45 (qırx beş) manat 57 (əlli yeddi) qəpik dövlət rüsumunun, habelə 0,40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin “Biləsuvar” filialı ilə cavabdeh Abasov İlham Məmmədağa oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********29 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən ona illik 18 faiz olmaqla 48 ay müddətinə 3300 (üç min üç yüz) manat kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə ilə müəyyən edilmiş qaydada kredit məbləğini və ona hesablanmış faizləri ödəməlidir. Lakin xx.xx.2021-ci il tarixdə borclu Abasov İlham Məmmədağa oğlu vəfat etmiş və bundan sonra ödənişlər aparılmamışdır.Bunun nəticəsində "xxxx" ASC-nin “Biləsuvar” filialı ilə cavabdeh Abasov İlham Məmmədağa oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********29 saylı kredit müqaviləsi üzrə cəmi 2537.81 manat əsas borc, 18.37 manat faiz borcu olmaqla cəmi 2556.18 manat borc yaranmışdır.Biləsuvar rayon Qeydiyyat Şöbəsinin xx.xx.2021-ci il tarixli AZ-İİ № 211879 saylı X1 görünür ki, Abasov İlham Məmmədağa oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.Biləsuvar rayon Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 2V-34 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, Abasov İlham Məmmədağa oğlundan qalmış mirasa Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 məhəkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddialarının təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, BPM**********29 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh Abasov İlham Məmmədağa oğluna kreditdən istifadəyə görə 48 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla 3300 manat məbləğdə kredit verilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli kassa məxaric orderinə əsasən Abasov İlham Məmmədağa oğlu "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 3267 manat məbləğdə pul almışdır. İşdə olan «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh Abasov İlham Məmmədağa oğlunun kredit müqaviləsi müddətinin sonuna, xx.xx.2023-cü il tarixə kimi «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinə 2537 (iki min beş yüz otuz yeddi) manat 81 (səksən bir) qəpik məbləğində əsas kredit borcu, 18 (on səkkiz) manat 37 (otuz yeddi) qəpik məbləğində faiz borcu olmaqla, cəmi 2556 (iki min beş yüz əlli altı) manat 18 (on səkkiz) qəpik təşkil edir. İş materiallarında olan AZ-İİ № 211879 saylı X2 surətindən görünür ki, Abasov İlham Məmmədağa oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Biləsuvar Rayon Notariat Ofisinin xüsusi notariusu tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmi.ş Abasov İlham Məmmədağa oğlunun vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdır (AZE******** xx.xx.2015-Biləsuvar RPŞ FİN:xxxxxxx, d\t xx.xx.1964) və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Biləsuvar rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il № 114 nömrəli məktuba əsasən əmək haqqının üç misli həcmində, yəni 813 (səkkiz yüz on üç) manat pul vəsaitindən ibarətdir. Beləliklə, işdə olan sübutlarla Abasov İlham Məmmədağa oğlunun "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2020-ci il tarixli, BPM**********29 saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya xx.xx.2023-cü il tarixə kimi «Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinə 2537 (iki min beş yüz otuz yeddi) manat 81 (səksən bir) qəpik məbləğində əsas kredit borcu, 18 (on səkkiz) manat 37 (otuz yeddi) qəpik məbləğində faiz borcu olmaqla, cəmi 2556 (iki min beş yüz əlli altı) manat 18 (on səkkiz) qəpik borcun yaranması təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən edilmiş hallarından görünür ki, Abasov İlham Məmmədağa oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********29 saylı kredit müqaviləsinə əsasən 2537 (iki min beş yüz otuz yeddi) manat 81 (səksən bir) qəpik məbləğində əsas kredit borcu, 18 (on səkkiz) manat 37 (otuz yeddi) qəpik məbləğində faiz borcu olmaqla, cəmi 2556 (iki min beş yüz əlli altı) manat 18 (on səkkiz) qəpik məbləğdə pul vəsaiti «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştİrak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 45 (qırx beş) manat 57 (əlli yeddi) qəpik məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********29 saylı kredit müqaviləsinə əsasən 2537 (iki min beş yüz otuz yeddi) manat 81 (səksən bir) qəpik əsas kredit borcu, 18 (on səkkiz) manat 37 (otuz yeddi) qəpik faiz borcu olmaqla, cəmi 2556 (iki min beş yüz əlli altı) manat 18 (on səkkiz) qəpik borc və 45 (qırx beş) manat 57 (əlli yeddi) qəpik dövlət rüsumu, 0,40 (qırx) qəpik bank xidmət haqqı tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №e-2(022)-979/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-979/2023
26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver