Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-991/2025 06.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı “SF X1 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı “SF X1 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək əsas borc qismində 350 (üç yüz əlli) mant məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz manat) manat məbləğində pulun Cavabdeh alınaraq iddiaçı “SF X1 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyirinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, iddia ərizə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. İş materiallarına əlavə edilmiş iddiaçı “SF X1 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Nümayəndə verilmiş etibarnamədən görünür ki, etibarnamənin müddəti 23 fevral 2025-ci tarixdə bitməsinə baxmayaraq iddia ərizəsi Nümayəndə tərəfindən imzalamışdır. Bu isə onu göstərir ki, iddia ərizəsi onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası MPM-nin 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: …152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq. QƏRARAALDİ: İddiaçı “SF X1 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı “SF X1 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №e-2(022)-991/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-991/2025
06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver