Məhkəmə qərarları › İş №e-2(023)-1010/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1010/2024

18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1010/2024 18.09.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı, Cavabdeh (həmçinin Cavabdeh1 nümayəndəsi) Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qayada 21,250 manat məbləğində pulun və ödənilmiş 153,75 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun qonşularıdı, onları neçə illərdir tanıyır və onlar ər-arvaddır. Cavabdeh1 ona 2023-cü ildə müraciət edərək qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğunu, aya ən azı 10.000 manat qazandığını bildirmişdir. Ona həmçinin bildirmişdir ki, əri də zərgərdir, bu işlə bərabər məşğul olurlar, onun alverə şərik olmağı və ticarət edib, daha çox qazana biləcəyini vədini vermişdir. O, da inanmış və 2023-cü ildə ondan hissə-hissə ümumilikdə 21250 manat pul almışdır. Pulu ondan birbank vasitəsi ilə xx.xx.2023-cü il tarixdə 500 manat, 27 mart 2023cü il tarixdə 500 manat, 27 mart 2023-cü il tarixdə 900 manat, 27 mart 2023-cü il tarixdə 600 manat, 06 aprel 2023-cü il tarixdə 1000 manat, 02 may 2023-cü il tarixdə 2.800 manat, 10 may 2023-cü il tarixdə 500 manat, 12 may 2023-cü il tarixdə 2.000 manat, 05 iyun 2023-cü il tarixdə 1.000 manat, cəmi: 9.800 manat nəğd formada isə 20 iyun 2023-cü il tarixdə 2750 manat, 10 iyul 2023-cü il tarixdə 2500 manat, 25 iyul 2023-cü il tarixdə 2500 manat, 05 avqust 2023-cü il tarixdə 2.700 manat, 15 avqust 2023-cü il tarixdə 1.000 manat, cəmi: 11.450 manatdır. Ümümilikdə isə 21250 manat təşkil edir. O pulu verə bilməyəndə tanışlarından borc alırdı, hətta Kapital Bankdan kreditlər də almışdır. Cavabdeh ona sonuncu səslərinin birində bildiribdir ki, “Sənə 16.000 manat verəcəyim qalıbdır”. Hətta ona 21.250 manata dair notariusda müqavilə bağlamağı və borcunu təsdiq etməyi təklif etmişdir. O notariusa müraciət etmiş və ona bildirmişdilər ki, “ 21.250 manata dair müqaviləni yalnız o halda təsdiq edə bilərlər ki, 21.250 manat əlində nəğd şəkildə olmalı və bank vasitəsilə Aynur xanıma köçürməlidir və həmin bank qəbzi əsasında müqaviləni təsdiq edə bilərlər”. O isə həmin pulları artıq hissə-hissə yuxarıda qeyd etdiyi tarixlərdə və formada verdiyindən və nəğd o məbləğdə pul olmadığından müqaviləni bağlaya bilməmişdir. Aynur xanım ona hətta Rusiyaya getməzdən öncə bildirmişdir ki,“Rusiyaya getməkdə məqsədi orada işləyib, onun pulumu qaytarmaqdır”. Ancaq, yenə də onu aldatmışdır.O bu barədə digər Cavabdeh2 da onu dəfələrlə aldatmış və yalan vədlər vermişdir. Hər dəfə pulu tələb edəndə ona bildirirdi ki, pulları maldadır, saxlatmışdır, yenə ver ki, malları, qızılları götürsün, qızılları batacaq yoxsa, satmaq, həm mayanı çıxarmaq, həm də qazanmaq üçün. O həmin pulları indiyə kimi cavabdehlərdən istəməkdən yorulmuşdur. Hər dəfə onu aldatmışlar. Bildiriblər ki, qızılları var satıb və alacaqları var alıb verəcəklər. Ancaq, ödəməyiblər. Bu barədə “watsapp” ani mesajlaşma tətbiqində də yazışmaları və səslər də vardır. Hətta o oğlanları Aslana da zəng etmiş və yazmış və o da alideynlərinin verəcəyini olduğunu və verəcəklərini bildirdi. O sonradan araşdırdıqdan sonra müəyyən etdi ki, cavabdehlər onu aldadıblar və ondan ticarət adı ilə aldıqları pulları şəxsi ehtiyaclarına və borclarına xərcləyiblər. Ona görə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı cavabdehlərin etirazına münasibətdə **********318729 nömrəli Kapital Banka məxsus kart hesabının ona aid olduğunu və Cavabdeh1 həmin kart hesabına 3060 manat göndərdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul edir. Belə ki, iddiaçının tələb etdiyi məbləğlə razılaşmayaraq, etiraz ərizəsini müdafiə edərək, iddia tələbini qismən qəbul etməklə digər hissədə rədd edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan whatsap səslərindən və yazışmalarından məlum olur ki, İddiaçı Cavabdeh1 ümumilikdə 15000 manat pul vermiş və həmin borcdan cavabdeh cəmi 3060 manat qaytarmışdır. İş materiallarında olan kredit müqaviləsindən görünür ki, İddiaçı Kapital Bank ASCdə xx.xx.2023-cü il tarixdə pul götürmüşdür. İş materiallarında olan cavabdehlərin etiraz qeydindən görünür ki, cavabdehlər iddia tələbini qismən qəbul edirlər. Belə ki, Cavabdeh1 iddiaçıdan hissə-hissə ümumilikdə 9800 manat borc pul almışdır. İddia ərizəsində göstərilən digər 11450 manat pulu ondan borc almamış, ümumiyyətlə iddiaçı həmin pulu həyat yoldaşına və ya ona verməmişdir. İddiaçı iddia ərizəsində həyat yoldaş Cavabdeh1 Kapital bank vasitəsi ilə 2023-cü ilin fevral ayından 2023-cü ilin iyun ayınadək hissə-hissə ümumilikdə 9800 manat pul göndərdiyini və onların 3560 manatını onun 4169 7388 6931 8729 №-li kartına “Bir Bank” tətbiqi vasitəsi ilə göndərmişlər. Həmin pulun 2000 manatını isə həyat yoldaşı Cavabdeh1 Qazax şəhər sakini X2 ilə birlikdə cavabdehin evinə gedərək nağd formada ona vermişdir. Bundan başqa 2 dəfə “Milliön” terminalı vasitəsi ilə cavabdehin 4169 7388 69318729 №-li kartına hər dəfəsində 400 manat, ümumilikdə 800 manat, bir dəfə isə 2500 manat pul köçürmüş, lakin həmin köçürmələrin qəbzlərini itirmişdir. Həmin sübutları müstəqil olaraq əldə etmək imkanı yoxdur, ona görə də həmin sübutların sorğu verilərək orqanlardan götürülməsini xahiş etmişdir.Təqdim etdiyi qəbzlərdən və digər subutlardan göründüyü kimi o iddiaçıya olan 9800 manat borcun 8800 manatını qaytarmış, iddiaçıya cəmi 1000 manat borcu qalmışdır. İddiaçı iddia ərizəsində həyat yoldaşına 9800 manat puldan başqa nağd hissə-hissə 2023-cü ilin iyun ayından 2023-cü ilin avqust ayınadək ikdə 11450 manat pul verdiyini qeyd edir. İddiaçının ərizəsində qeyd etdiyi tamami ilə yalan və böhtan xarakterlidir. Həyat yoldaşı onu aldadıb ilkin olaraq verdiyi 9800 manat pulunu qaytarmamışsa, sonradan həyat yoldaşına nəyə görə 11450 manat borc pul verib və həmin pulu kartıma köçürmək əvəzinə nağd şəkildə verib. İddiaçı iddia ərizəsində notariusda ərizə vermək istədiyini və Rusiya getməkdə məqsədinin də işləyib onun pulunu qaytarmaq olmasını qeyd etməsi tamami ilə yalandır, həyat yoldaşı nə də ki, o ona 16.000 və ya 21.250 manat borcu olmasını etiraf etməmişlər. Onu da qeyd etdi ki, həyat yoldaşı uzun müddətdir ki, ankoloji xəstədir, yataq şəraitində müalicə alır. O, Rusiyaya gedib işləmək qabiliyyətində deyil.Budan başqa iddiaçı iddia ərizəsində həyat yoldaşı Cavabdeh1 ondan pulu ticarət məqsədi ilə aldığını qeyd etmiş, lakin bu da yalandır, çünki həyat yoldaşı iddiaçıdan pulu qızının toy mərasimi ilə əlaqədar borc olaraq almışdır. Ona görə də, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan qəbzlərdən görünür ki, Cavabdeh1 İddiaçı müxtəlif vaxtlarda, cəmi 3060 manat məbləğində borc pul qaytarmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Beləliklə, işdə olan sübutlarla müəyyən edildi ki, İddiaçı Cavabdeh1 ayrı-ayrı vaxtlarda ümumilikdə 15000 manat məbləğində borc pul vermiş, ondan cavabdeh cəmi 3060 manat pul vəsaitini qaytarmışdır. Məhkəmə iddia tələbinin Cavabdeh2 aid hissədə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən məhkəməyə təqdim edilən sübutlardan görünür ki, borc münasibəti İddiaçı ilə Cavabdeh1 arasında olmuşdur.Əsl Cavabdeh1 olduğu üçün iddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməməlidir. 12 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1 və 1091.2-ci maddələrinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 11940 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi qismində 125,82 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh1 11940 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 125,82 manat, cəmi 12065,82 (on iki min altmış beş manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar