Məhkəmə qərarları › İş №e-2(023)-1044/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1044/2023

13.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1044/2023 13.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X1 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı Şəhər İşığı» X3 vurulmuş maddi ziyandan qalıq qalan 533.06 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh idarə etdiyi “Volkswagen Passat minik” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospektində yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X3 məxsus 1 ədəd “H=12mm” tipli işıq dirəyini sıradan çıxararaq müəssisəyə 1359 manat məbləğində maddi ziyan vurmuşdur. Hadisə ilə bağlı Nərimanov RPİnin Təhqiqat şöbəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərara və İXP ******* saylı İnzibati xəta haqqında protokola əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs “Volkswagen Passat minik” markalı, **-NB- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. Cavabdehin idarə etdiyi “Volkswagen Passat minik” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobil “Meqa Sığorta ASC-də sığortalanmışdır. Bu səbəbdən “Meqa Sığorta ASC tərəfindən "xxxx" X1 bank hesabına 825,94 manat məbləğində sığorta ödənişi ödənilmişdir. xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyan 1359 manat təşkil etmişdir. Hazırda həmin ziyandan 533,06 manat hissəsi ödənilməmişdir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün dəfələrlə müəssisəyə dəvət edilməsinə baxmayaraq çağırışa gəlməməklə ödənişdən imtina etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X1 nümayəndəsi məhkəməyə ərizə göndərərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini, işə onların iştirakı olmadan baxılmaqla iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlmədiyindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan ƏN-Y ******* nömrəli etibarnamədən görünür ki, X4 həmin etibarnamə ilə Cavabdeh “Volkswagen Passat minik” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti vermişdir. 30 yanvar 2015-ci il tarixli aktdan görünür ki, "xxxx" ASC Ziya Bünyadov prospektinin işıqlandırma sistemini əvəzsiz olaraq "xxxx" X1 balansına təhvil vermişdir. 25 yanvar 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanmasının rədd edilməsi və onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surətinin Qazax RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İXP seriyalı, İXP ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. "xxxx" X1 tərtib etdiyi smetadan görünür ki, Nərimanov rayonu Ziya Bünyadov prospektində naməlum sürücünün idarə etdiyi Volkswagen Passat minik” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmuş işıq dirəyinin bərpasına 1359 manat xərclənmişdir. Azərbaycan Beynəlxalq Bankının xx.xx.2023-cü il tarixli məxaric qəbzindən görünür ki, "xxxx" ASC "xxxx" X1 hesabına 825.94 manat ödəmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, Cavabdeh idarə etdiyi “Volkswagen Passat minik” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospektində yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində "xxxx" X3 məxsus 1 ədəd “H=12mm” tipli işıq dirəyini sıradan çıxmışdır. Bunanla bağlı müəssisəyə 1359 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdehin idarə etdiyi “Volkswagen Passat minik” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobil “Meqa Sığorta ASC-də sığortalandığıəndan, sığorta şirkəti tərəfindən "xxxx" X1 bank hesabına 825,94 manat ödənilmişdir. Hazırda həmin ziyanın 533,06 manat hissəsi ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalmmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna (etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçıya dəymiş maddi zərər bilavasitə cavabdehin hüquqazidd əməlləri nəticəsində vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən, o, müəssisəyə dəymiş maddi zərərin əvəzinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Odur ki, iddia təmin edilməli, Cavabdeh 533,06 manat pul tutularaq iddiaçı Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X3 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X2 533,06 (beş yüz otuz üç manat altı qəpik) manat məbləğində pul tutularaq Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X3 ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar