Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1081/2024 08.10.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması və məhkəmə xərcinin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhləməyə meraciət edərək, 4450 manat pulun və 65 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin acizanə yalvarışlarına inanaraq və onu həmin vaxtdan əvvəldən sözünə bütöv bir kişi olaraq tanıdığına görə 2018-ci ilin qış aylarında cavabdehə cəmi 5000 (4000+1000) manat pul vermişdir. Cavabdehin həmin puldan hissə-hissə ödənişlərindən sonra, cəmi 4500 manat borcu qalıb, conuncu dəfə isə xx.xx.2024-cü ildə cəmi 50 manat ödəniş edib. Ondan sonra 4450 manat qalıb. Bu barədə dəfələrlə ondan borcunu tələb etsə də, hər dəfə bir bəhanə ilə onu aldadıb və pulunu verməyibdir. Bu barədə vatsap yazışmalarını məhkəməyə tədim edir. Artıq 6 ildir ki, cavabdeh onun etibarından sui-istifadə edir, borc olaraq verdiyi 5000 manatdan özünə qazanc əldə edir, ona isə halalca pulunu qaytarmır və ona qarşı dələduzluq edir. Cavabdeh Azərbaycan Respublikası Sliahlı Qüvvələrində müddətdən artıq xidmət keçən hərbi qulluqçu kimi işləyib, normal maaş alsa da, hazırki dövrədək pulunu ödəməkdən min bir bəhanə ilə yayınır. Saleh əvvəllər isə, onun Nərimanov metrosu ətrafında işlədiyi bərbərxananın qarşısında qəzet köçkündə satıcı işləyirdi. Qeyd olunan pulu ucuz qiymətə siqaret alıb, köşkündə satmaqla istəyirdi. Eləcədə, xx.xx.2024cü ildə rəsmi qaydada pretenziya məktubu ilə cavabdehə rəsmi qaydada müraciət edərək, ondan tələb edib ki, “2018-ci ilin qış aylarında ona verdiyi 5000 manat pulun bugün ki günədək ödənilməmiş 4450 manatını 10 gün müddətində ona qaytarsın. Əks təqdirdə, hüquqlarının müdafiəsi ilə bağlı 1000 manat ödəniş (xidmət haqqı) etməklə vəkil tutacaq, əlavə məhkəmə və digər xərcləri qarşılayacq ki, bu xərclərin əvəzini də ondan tələb edəcəkdir. ELəcə də, barəsində aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına, məhkəməyə və digər dövlət qurumlarına müraciətlər ediləcəkdir.” Cavabdeh həmin xəbərdarlığı poçt vasitəsilə xx.xx.2024-cü ildə almasına baxmayaraq, borcunu ödəməkdən yayınır. Ona görə də, 4450 manat pulun və 65 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı tam qəbul edərək bildirdi ki, borcun olmasını etiraf edir, lakin maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Borcunu ödəyəcəkdir. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Lakin İddiaçı məhkəməyə ərizə göndərək göstərdi ki, üzürlü səbəbdən məhkəmə iclasına gələ bilmir, odur ki işə onun iştirakı olmadan baxıb təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında şifahı razılaşmaya əsasən Çobanzadə X1 Saleh Ramiz oğluna 5000 manat məbləğində pul borc vermiş Cavabdeh isə həmin borcu qaytarmağı öhdəsinə götürmüş, lakin Cavabdeh həmin puldan cəmi 550 manat qaytarmış, qalan 4450 manat məbləğində borcunu qaytarmamışdır. Məhkəmənin hazırlıq iclasında cavabdeh izahatıntda borcun olmasını etiraf etmiş və maddi imkanı olmadığından borcunu qaytara bilmədiyini bildirmişdir.Lakin borcunu ödəyəcəyini qeyd eləmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə Cavabdeh etirafı qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1 və 1091.2-ci maddələrinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh 4450 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 65 manat vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh 4450 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 65 manat, cəmi 4515 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №e-2(023)-1081/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1081/2024
08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver