Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № e-2(023)-1177/2025 26.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlu, LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcunun qaytarılması tələbi»nə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 12.722,42 (on iki min yeddi yüz iyirmi iki ABŞ dolları 42 sent) ABŞ dolları - bundan 4.968,44 (dörd min doqquz yüz altmış səkkiz ABŞ dolları 44 sent) ABŞ dollarıəsas, 2.092,58 (iki min doxsan iki ABŞ dolları 58 sent) ABŞ dollarıfaiz, 4.941,04 (dörd min doqquz yüz qırx bir ABŞ dolları 04 sent) ABŞ dollarıcərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 720,36 (yeddi yüz iyirmi ABŞ dolları 36 sent) ABŞ dollarıfaiz borcu və iş üzrə ödənilmiş 154,89 (bir yüz əlli dörd Manat 89 qəpik) Manat dövlət rüsumunun cavabdehlərCavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması; tutmanın Cavabdeh3 tərəfindən Banka girov qoyulmuş ümumi çəkisi 30.12 qram təşkil edən 585 əyyarlı 01 ədəd “boyunbağı”, ümumi çəkisi 8.44 qram təşkil edən 585 əyyarlı 02 ədəd “üzük”, ümumi çəkisi 7.70 qram təşkil edən 585 əyyarlı 01 ədəd “dəst”, ümumi çəkisi 10.40 qram təşkil edən 583 əyyarlı 01 ədəd “dəst briliyant”, ümumi çəkisi 12 qram təşkil edən 750 əyyarlı 02 ədəd “üzük” və ümumi çəkisi 130 sot olan “briliyant”a yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, iddia ərizəsinin xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmasından sonra məlumatların «Elektron Məhkəmə» İnformasiya Sistemi vasitəsi ilə yoxlanılması zamanı İddiaçı ASC ilə xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlamış Cavabdeh3 xx.xx.2022ci ildə öldüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülkiprosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Həmin Məcəllənin 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi Cavabdeh3 xx.xx.2022-ci ildə öldüyünə görə hazırki halda istər mülki prosessual hüquq və fəaliyyət qabiliyyətinə, istərsə də mülki hüquq və fəaliyyət qabiliyyətinə malik deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı « kredit borcunun qaytarılması tələbi»nə dair iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığına görə həmin iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı ASC tərəfindən ödənilmiş 154,89 manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2025, qəbz nömrəsi: **********23) dövlət büdcəsindən iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcunun qaytarılması tələbi»nə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Məhkəməyə ərizə verilərkən təqdim edilmiş sənədlər və dövlət rüsumunun ödənilməsi barədə qəbz LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qaytarılsın. Ödənilmiş 154,89 manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi: xx.xx.2025, qəbz nömrəsi: **********23) dövlət büdcəsindən LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №e-2(023)-1177/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №e-2(023)-1177/2025
26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver