Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № e-2(023)-1224/2023 17.08.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Qazax Rayon Məhkəməsinin hakimi Musayev Nemət Əlimusa oğlunun sərdliyi ilə İddiaçı Cavabdeh1 QİZİNA, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə mübahisələr, müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh1 QİZİNA, Cavabdeh2 oğluna qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə müraciət edərək TuranBank ASC-nin “Ağstafa” filialı ilə Cavabdeh2arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № Q-025- GKM/19 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 Banka olan 2 212.56 AZN (iki min iki yüz on iki manat 56 qəp.) əsas, 8.40 AZN (səkkiz manat 40 qəp.) faiz, 8.94 AZN (səkkiz manat 94 qəp.)cərimə borcu olmaqla, cəmi borcu 2 229.90 AZN (iki min iki yüz iyirmi doqquz manat 90 qəp.) məbləğində borcun və tərəfimizdən ödənilmiş 42.30 AZN (qırx iki manat 30 qəp.) məbləğində dövlət rüsumunun cavabdehlərdən (borclu – Cavabdeh2, zamin – Cavabdeh1) birgə qaydada tutularaq TuranBank ASC-yə ödənməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən verilmiş ərizədə cavabdehin adı, soyadı, onun rəsmi qeydiyyatda olduğu ünvan və ona qarşı yönələn tələb konkret olaraq göstərilməmişdir. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №e-2(023)-1224/2023
Qazax Rayon Məhkəməsi Qərardad — İş №e-2(023)-1224/2023
17.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver