Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1261/2025 18.09.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 Elçin oğlunun, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair mülki işə 18 sentyabr 2025-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2 xx.xx.2023-cü il tarixli DKM/015N05A02538623 saylı Kredit müqaviləsi üzrə 4865,34 manat məbləğində vaxtı keçmiş əsas borcu, 561,58 manat məbləğində kreditdən istifadəyə görə illik 12 % dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 340,38 manat məbləğində penya, cəmi 5767,30 manat məbləğində pul vəsaiti və xx.xx.2025-ci il tarixindən (iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən) qətnamənin qəbul edildiyi tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 12% dərəcəsi ilə hesablanan adi fazilər və illik 15% dərəcəsi ilə hesablanan penya və iddia ərizəsinin verilməsinə görə 77,70 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli DKM/015N05A02538623 saylı Kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 12% ödənilməsi şərtilə 6000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.4-cü maddəsinə və onun 1 №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən cavabdeh A.Y.Məmmədov hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. X5 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. A.Məmmədovun vəfatından sonra onun Bank qarşısında Kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirilməmiş, kredit üzrə əsas və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsi ödənilməmişdir. xx.xx.2025-ci il tarixinə A.Y.Məmmədovun Kreditor qarşısında gecikdirilmiş borcu 5426,92 manat təşkil edir ki, bundan 4 865,34 manat vaxtı keçmiş əsas borc, 561,58 manat isə adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə Borc alan kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % dərəcəsi ilə penya da ödəməlidir. Lakin Bankın daxili qərarına əsasən Kredit müqaviləsi üzrə adi faizlərin və penyanın hesablanması güzəşt edilərək xx.xx.2024-cü il tarixdən etibarən 5 (beş) ay müddətinə Borc alanın xeyrinə dayandırılmış, xx.xx.2024-cü il tarixdən etibarən isə adi faizlərinin və penyanın hesablanması bərpa edilmişdir. Beləliklə, xx.xx.2024-ci il tarixinə penya məbləği 340,38 manat təşkil edir. A.Y.Məmmədovun vəfatından sonra Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilməmiş qaldığına görə İddiaçının Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Beləliklə, Bankın vaxtından əvvəl geri qaytarılmasını tələb etdiyi vaxtı keçmiş əsas borcun məbləği 4865,34 manat, yuxarıda göstərilən adi faizlər üzrə Borc alanın borclarını nəzərə alaraq Bankın xx.xx.2025-ci il tarixinə tələblərinin ümumi məbləği isə 5426,92 manat manat təşkil edir. Bank tərəfindən verilmiş sorğulara əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X2 adına Qazax şəhəri, Nəriman Nərimanov yaşayış massivi 41 ünvanında yerləşən ümumi sahəsi 66.9 kv.m olan mənzilin ailə üzvləri ilə birgə paylı mülkiyyətdə ½ hissəsi üzərində mülkiyyət hüququnun qeydiyyatdan keçməsi və mülkiyyətində olması barədə məlumat daxil olmuşdur. Qazax Rayon İcra Hakimiyyəti Qazax Mənzil İstismar sahəsinin məktubuna əsasən xx.xx.2025-ci il tarixdə vəfat etmiş X3 miras qalan ünvan 2 ünvanında hal-hazırda mərhumun həyat yoldaşı Cavabdeh1 Qəmədər qızı, oğlu Cavabdeh3, oğlu Cavabdeh2 yaşayırlar, qızı Cavabdeh4 isə ailəlidir və həmin ünvanda yaşamır. xx.xx.2025-ci il tarixdə vəfat etmiş X2 adına vərəsəlik işinin açılması müəyyən edilməmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə bir neçə dəfə əlaqə saxlanılmasına və borcun ödənilməsinin tələb edilməsinə dair xəbərdarlıq məktublarının təqdim edilməsinə baxmayaraq, onlar tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməmiş və verdiyi izahatında göstərmişdir ki, qeyd olunan kredit məbləğini onun mərhum həyat yoldaşı X5 götürmüşdür. O həyat yoladından qalan mirası qanuna müvafiq qaydada qəbul etməmişdir. Belə ki, onun adına heç bir əmlak yoxdur, yaşadıqları ev qaynatasına məxsus olmuşdur. X1 Qarabağ müharibəsi iştirakçıı olmuşdur. Hazırda Bankın tələb etdiyi kredit məbləğini ödəməyə onun maddi imkanı yoxdur. Kredit sığorta ilə götürüldüyündən və hazırda Ayaz Məmmədov vəfat etdiyindən, borcun sığorta ilə ödənilməsini istəyir. Qeyd olunanlara əsasən iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməmiş və iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli DKM/015N05A02538623 saylı kredit müqaviləsinin surətindən görünür ki, X4 24 ay müddətinə, illik 12% ödənilməsi şərtilə 6000 manat məbləğində kredit verilmiş və kreditin qaytarılması üçün ödəniş cədvəli tərtib edilmişdir. Maliyyə arayışından görünür ki, X2 xx.xx.2023-cü il tarixli DKM/015N05A02538623 saylı kredit müqaviləsi üzrə 4865,34 manat vaxtı keçmiş borc, 561,58 manat adi faiz borcu, 340,38 manat cərimə faizləri üzrə borc olmaqla, cəmi 5767,30 manat təşkil edir. İş materiallarında olan Qazax Rayon İcra Hakimiyyəti Qazax Mənzil İstismar sahəsinin xx.xx.2025-ci il tarixli, 5-58-13-17/2-255/2025 №-li məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X3 miras qalan ünvan 3 ünvanında hal-hazırda mərhumun həyat yoldaşı Cavabdeh1 Qəmədər qızı, oğlu Cavabdeh3, oğlu Cavabdeh2 yaşayırlar, qızı Cavabdeh4 isə ailəlidir və həmin ünvanda yaşamır. xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X2 adına vərəsəlik işinin açılması müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 03 fevral 2024-cü il tarixdə vəfat etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə mərhum X5 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona kredit verilmişdir. Lakin, Ayaz Məmmədov müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında ümumilikdə 5767,30 manat məbləğdə icra edilməmiş pul öhdəliyi qalmışdır. X5 03 fevral 2024-cü il tarixdə vəfat etmişdir. Ayaz Məmmədov öldükdən sonra hazırki iş üzrə cavabdehlər onun arvadı Cavabdeh1 Qəmədər qızı, oğlu Cavabdeh3, oğlu Cavabdeh2, qızı Cavabdeh4 miras qoyanın qanun üzrə vərəsələri kimi ondan miras qalmış əmlakı faktiki qəbul etmişlər. Məhkəmə ilk növbədə hazırkı tələbin cavabdehin prosessual hüquq varislərinə yönəlməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum X2 ölümündən sonra ondan qalmış mirası qanun üzrə vərəsələri arvadı Cavabdeh1 Qəmədər qızı, oğlu Cavabdeh3, oğlu Cavabdeh2, qızı Cavabdeh4 faktiki qəbul etdiklərindən, həmin mirasın hazırda iddiaçının tələb etdiyi məbləğdən yüksək olması mübahisə doğurmadığından, iddiaçı mərhum Ayaz Məmmədovun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsələri Cavabdeh1 Qəmədər qızı, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 tələb etməkdə haqlıdır və iddia tələbi kredit müqaviləsi üzrə 4865,34 manat məbləğində vaxtı keçmiş əsas borc, 561,58 manat məbləğində kreditdən istifadəyə görə illik 12 % dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc tələbinə dair hissədə təmin edilməlidir. Məhkəmə, iddia tələbinin xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış penya ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddiaçı Bankın 340,38 manat məbləğində cərimənin cavabdehdən tutulması hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Bu baxımdan da məhkəmə hesab edir ki, tələb olunan cərimənin məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yol verilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditor bankın da əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Odur ki, məhkəmə penya məbləğinin 340,38 manatdan azaldılaraq 40,38 manat həddində müəyyən edilməsini həm kreditorun, həm də borclunun mənafelərinə uyğun hesab edir. Məhkəmə, iddia tələbinin xx.xx.2025-ci il tarixindən (iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən) qətnamənin qəbul edildiyi tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 12% dərəcəsi ilə hesablanan adi fazilər və illik 15% dərəcəsi ilə hesablanan penya cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, cavabdehlər Cavabdeh1 Qəmədər qızı, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 borclu X2 əmlakından mirası faktiki qəbul etmiş varisləridir və cavabdehlər müqavilə tərəfləri deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarından da göründüyü kimi müqavilə tərəfinin öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) kredit müqaviləsinin ləğv anınadək pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Varislər isə kreditor qarşısında borclunun mirası həcmində cavabdehlik daşıyan şəxslərdir və onlara münasibətdə bu normalar tətbiq edilə bilməz. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, mərhum X2 xx.xx.2023-cü il tarixli DKM/015N05A02538623 saylı kredit müqaviləsi üzrə 4865,34 manat məbləğində vaxtı keçmiş əsas, 561,58 manat məbləğində kreditdən istifadəyə görə illik 12% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc və xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 40,38 manat məbləğində penya olmaqla, cəmi 5467,30 manat məbləğində pul cavabdehlər Cavabdeh1 Qəmədər qızı, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən cavabdehdən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 77.70 manat dövlət rüsumunun 74,67 (yetmiş dörd manat 67 qəpik) manatı iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. X2 xx.xx.2023-cü il tarixli DKM/015N05A02538623 saylı kredit müqaviləsi üzrə 4865,34 manat məbləğində vaxtı keçmiş əsas, 561,58 manat məbləğində kreditdən istifadəyə görə illik 12% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc və xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 40,38 manat məbləğində penya olmaqla, cəmi 5467,30 manat məbləğində pul və 74,67 (yetmiş dörd manat 67 qəpik) manat dövlət rüsumu Cavabdeh1 Qəmədər qızı, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №e-2(023)-1261/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1261/2025
18.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver