Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № e-2(023)-1263/2023 23.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi İddiaçı QSC Bank olmayan Kredit təşkilatının nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə İddiaçı QSC Bank olmayan Kredit təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC Bank olmayan Kredit təşkilatı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC Bank olmayan Kredit təşkilatının xeyrinə 1355.34 manat əsas, 23.03 manat olmaqla cəmi 2543.93 manat borc məbləğinin və ödənilmiş 45.44 dövlət rüsumunun, cavadehlər Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC Bank olmayan Kredit təşkilatının nümayəndəsi X2 məhkəmə iclasında ərizə ilə müraciət edərək İddiaçı QSC Bank olmayan Kredit təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmı iclasında Cavabdeh2 izahat verərək məhkəmə iclasının təxirə salınmasına heç bir etirazı olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilən prosessual hüquq normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı ərizənin baxılmamış saxlanılması barədə ərizə verdiyindən ərizə baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263, 264,268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı QSC Bank olmayan Kredit təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim:Nemət Musayev
Məhkəmə qərarları › İş №e-2(023)-1263/2023
Qazax Rayon Məhkəməsi Qərardad — İş №e-2(023)-1263/2023
23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver