Məhkəmə qərarları › İş №e-2(023)-1273/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1273/2024

19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1273/2024 19.09.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlu, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx.xx.2020ci il tarixli BPM**********88 nömrəli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 2774,51 manat əsas borc, xx.xx.2021-ci il tarixli BPM**********38 nömrəli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 204,74 manat, ümumilikdə 2979,25 manat kredit borcunun və ödənilmiş 49.80 manat dövlət rüsumunun və 0,40 manat xdmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********88 nömrəli kredit müqaviləsinə əsasən ona illik 16 faiz dərəcəsi ilə 48 ay müddətinə 11900 manat məbləğində kredit verilmişdir. Bundan əlavə Azərbaycan Beynəlxalq Bankı” ASC ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********38 nömrəli kredit müqaviləsinə əsasən ona illik 24 faiz dərəcəsi ilə 36 ay müddətinə 500 manat məbləğində kredit verilmişdir. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Qazax rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 902 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 vərəsələri cavabdehlərdir. Bankın “Qazax” filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X3 xx.xx.2020-ci il tarixli BPM**********88 nömrəli kredit müqaviləsinə əsasən 2774,51 manat əsas borcu, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X3 xx.xx.2021-ci il tarixli BPM**********38 nömrəli kredit müqaviləsinə əsasən 204,74 manat Banka ödənilməmiş əsas borcu qalmışdır. Cavabdehlər X2 qalmış mirası qəbul etmələrinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın "Azərbaycan Beynəlxalq Bankı” ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş "xxxx" ASC (borcverən) ilə X4 (borcalan) arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********88 nömrəli tam kart çərçivə müqaviləsindən görünür ki, borc verən tərəfindən borcalana illik 16 faiz dərəcəsi ilə 48 ay müddətinə 11900 manat məbləğində kredit verilmiş, X4 isə krediti qəbul etməyi və müqavilədə göstərilən müddətdə və qaydada krediti və ona hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" ASC (borcverən) ilə X4 (borcalan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********38 nömrəli tam kart çərçivə müqaviləsindən görünür ki, borc verən tərəfindən borcalana illik 24 faiz dərəcəsi ilə 36 ay müddətinə 500 manat məbləğində kredit verilmiş, X4 isə krediti qəbul etməyi və müqavilədə göstərilən müddətdə və qaydada krediti və ona hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X3 xx.xx.2020-ci il tarixli BPM**********88 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 2774,51 manat əsas borcu mövcuddur. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X3 xx.xx.2021-ci il tarixli BPM**********38 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 204,74 manat əsas borcu mövcuddur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qazax rayon Notariat Ofisi tərəfindən verilmiş 902 nömrəli 19 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, X2 miras qalmış əmlaka dair xx.xx.2023-ci ildə vərəsəlik işi açılmış, arvadı Cavabdeh1, oğlu Cavabdeh3 və qızı Cavabdeh2 mərhumun vərəsələri kimi tanınmış və onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi, borcun ödənilməyəcəyi təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum X3 ölümündən sonra ondan qalmış mirası qanun üzrə vərəsələri – Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qəbul etmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iş üzrə cavabdehlər xx.xx.2017-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.2020-ci il təvəllüdlü Cavabdeh2 yetkinlik yaşına çatmamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, xx.xx.2017-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.2020-ci il təvəllüdlü Cavabdeh2 yetkinlik yaşına çatmadığından və bu baxımdan onların mülki hüquq fəaliyyət qabiliyyəti əmələ gəlmədiyindən, iddia tələbi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Odur ki, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli BPM**********88 nömrəli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 2774,51 manat əsas borc, xx.xx.2021-ci il tarixli BPM**********38 nömrəli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 204,74 manat, ümumilikdə 2979,25 manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun və bank xidmət haqqının cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehlərin iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar 49,80 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehlərdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumunu və bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. X3 vərəsəsi Cavabdeh1 xx.xx.2020-ci il tarixli BPM**********88 nömrəli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 2774,51 manat əsas borc, xx.xx.2021-ci il tarixli BPM**********38 nömrəli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 204,74 manat, ümumilikdə 2979,25 manat əsas borc və 49,80 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar