Məhkəmə qərarları › İş №e-2(023)-1302/2023

Qazax Rayon Məhkəməsi Qərardad — İş №e-2(023)-1302/2023

08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № e-2(023)-1302/2023 08.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin sədri Musayev Nemət Əlimusa oğlunun sədrliyi Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddiasına kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddiasına kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması tələbinə dair ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki iş üzrə məhkəməyə müraciət edildikdən sonra cavabdeh tərəfindən borc və məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumu bağlandığından ərizəni və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə uyğun olaraq İddiaçı nümayəndəsi Nümayəndə geri qaytarılma barədə ərizə verdiyindən həmin mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı nümayəndəsi Nümayəndə ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair ərizəsi baxılmamış saxlanılsın və ərizəsi ona əlavə edilmiş sənədlər idddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar