Məhkəmə qərarları › İş №e-2(023)-131/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-131/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-131/2024 29.02.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi, İddiaçı QSC BOKT-nın nümayəndəsi X1, Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 iştirakı ilə İddiaçı QSC BOKT-nın cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 qarşı borcun ödənilməsi tələbinə dair mülki işə Qazax Rayon Məhkəməsində 29 fevral 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 əsas borc üzrə 716.48 manat, faiz borcu 102.58 manat olmaqla, cəmi 819.06 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC BOKT-nın xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı QSC BOKT-nın nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etmiş və izahat verərək bildirmişdir ki, İddiaçı QSC BOKT Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 18 sentyabr 2013-cü il tarixdə 12 ay müddətinə illik 15 faiz ödəməklə 4000 manat məbləğində kredit vermişdir. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə birgə borclular təşkilat qarşısında öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafikinə əsasən birgə borclular tərəfindən 4000 manat əsas borc və ona hesablanmış faiz borcu qrafikə uyğun ödənilməli olduğu halda buna əməl edilməmiş, əsas borcdan 3283.52 manat faiz borundan 373.68 manat ödəniş olmuşdur. Hazırda cavabdehlərin kredit təşkilatına 716.48 manat əsas, 102.58 manat faiz borcu, cəmi 819.06 manat borcu yaranmışdır. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsindən boyun qaçırmışlar. Cavabdeh4 29 sentyabr 2023-cü il tarixdə 20 manat, 31 oktyabr 2023-cü il tarixdə 40 manat və 21 dekabr 2023-cü il tarixdə 30 manat ödəniş etmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh4 iddianı qismən qəbul etmiş və izahat verərək bildirmişdir ki, iddiaçı Təşkilatdan 18 sentyabr 2013-cü il tarixdə 12 ay müddətinə illik 15 faiz ödəməklə 4000 manat məbləğində kredit vermişdir. Kredit qrup şəklində götürülmüşdür. Həmin borcdan ona düşən hissəsini ödəmiş, qalan borcu ödəmək imkanı olmamışdır. 29 sentyabr 2023-cü il tarixdə 20 manat, 31 oktyabr 2023-cü il tarixdə 40 manat və 21 dekabr 2023-cü il tarixdə 30 manat ödəniş etmişdir. Odur ki, iddianın qismən təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh5 iddianı qəbul etməmiş və izahat verərək bildirmişdir ki, iddiaçı Təşkilatdan 18 sentyabr 2013-cü il tarixdə 12 ay müddətinə illik 15 faiz ödəməklə 4000 manat məbləğində kredit qrup şəklində vermişdir. Kredit verildiyi vaxtdan hazırkı vaxtadək ona kreditin ödənilməsi ilə bağlı heç bir xəbərdarlıq verilməmişdir. Odur ki, iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi haqqında məlumat verməmişlər. Məhkəmə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasına gəlməmələrinin səbəbini üzürsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə olan sənədlərdən görünür ki, 18 sentyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı QSC BOKT-nın qazax filialı Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 12 ay müddətinə illik 15 faiz ödəməklə 4000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 18 sentyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 716.48 manat, faiz borcu 102.58 manat olmaqla, cəmi 819.06 manat məbləğində kredit borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 18 sentyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 646.48 manat, faiz borcu 101.81 manat olmaqla, cəmi 748.29 manat məbləğində kredit borcu yaranmışdır. İş materiallarında olan 29 sentyabr 2023-cü il, 31 oktyabr 2023-cü il və 21 dekabr 2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, Cavabdeh4 tərəfindən 29 sentyabr 2023cü il tarixdə 20 manat, 31 oktyabr 2023-cü il tarixdə 40 manat və 21 dekabr 2023-cü il tarixdə 30 manat ödəniş edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə, mülki işin materialları üzrə sübutları araşdırıb müəyyən edir ki, iddiaçı Təşkilat İddiaçı QSC BOKT-nın Qazax filialı Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 18 sentyabr 2013-cü il tarixli qrup kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 15 faiz ödəməklə 4000 manat məbləğində kredit vermişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər üzərinə düşən öhdəliyi icra etməmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 18 sentyabr 2013cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 646.48 manat, faiz borcu 101.81 manat olmaqla, cəmi 748.29 manat məbləğində kredit borcu vardır. Kredit müqaviləsi üzrə qrup rəhpəri Cavabdeh4 tərəfindən 29 sentyabr 2023-cü il tarixdə 20 manat, 31 oktyabr 2023-cü il tarixdə 40 manat və 21 dekabr 2023-cü il tarixdə 30 manat ödəniş edilmişdir. Odur ki, iddia qismən təmin edilməli cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 646.48 manat, faiz borcu 101.81 manat olmaqla, cəmi 748.29 manat məbləğində kredit borcu tutularaq İddiaçı QSC BOKTnın xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən alınaraq İddiaçı QSC BOKT-nın xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 646.48 manat, faiz borcu 101.81 manat olmaqla, cəmi 748.29 (yeddi yüz qırx səkkiz manat iyirmi doqquz qəpik) manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı QSC BOKT-nın xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar