Məhkəmə qərarları › İş №e-2(023)-1328/2024

Qazax Rayon Məhkəməsi Qərardad — İş №e-2(023)-1328/2024

07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № e-2(023)-1328/2024 07.10.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi ilə İddiaçı Cavabdeh QİZİNA qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t di: İddiaçı Cavabdeh QİZİNA qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək hazırki mülki iş üzrə Cavabdeh QİZİNA qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki iş üzrə zəruriət yarandığından işin baxılamamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə uyğun olaraq İddiaçı nümayəndəsi X1 mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılması barədə ərizə verdiyindən mülki iş baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh QİZİNA qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar