Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1441/2025 14.11.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə ilə, İddiaçı “FİNKA Azerbaijan” MM QBKT-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbi barədə mülki işə 14 noyabr 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “FİNKA Azerbaijan” MM QBKT cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 **********0026 saylı müqavilə üzrə 382.08 manat, faiz borcuna görə 11.88 manat, cərimə borcuna görə 0.00 manat, cəmi 393.96 manat; **********0039 saylı müqavilə üzrə əsas borc üzrə 1604.00 manat, faiz borcuna görə 49.79 manat, cərimə borcuna görə 0.00 manat, cəmi 1653.79 manat məbləğində borcun və 40.48 manat məbləğində ödənilmiş dövlət rüsumunun “FİNKA Azerbaijan” MM QBKT-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “FİNKA Azerbaijan” MM QBKT ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0026 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 382.08 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmçinin xx.xx.2019-cu il tarixli, **********0039 saylı, GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 1604.00 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Ödəniş cədvəlinə əsasən **********0026 saylı müqavilə üzrə borclunun bir il güzəşt müddətində hər ay 0.33 manat, dörd il müddətində isə hər ay 8.13 manat, **********0039 saylı müqavilə üzrə bir il güzəşt müddətində hər ay 1.38 manat, dörd il müddətində isə hər ay 34.11 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh1 və Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli, **********0026-985508 saylı, **********0026-701038 saylı, **********0039-985508 saylı, **********0039-701038 saylı Zaminlik müqavilələri bağlanmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh3 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh3 **********0026 saylı müqavilə üzrə əsas borc üzrə 382.08 manat, faiz borcuna görə 11.88 manat, cərimə borcuna görə 0.00 manat, cəmi 393.96 manat, **********0039 saylı müqavilə üzrə əsas borc üzrə 1604.00 manat, faiz borcuna görə 49.79 manat, cərimə borcuna görə 0.00 manat, cəmi 1653.79 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı “FİNKA Azerbaijan” MM QBKT məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmaqla iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********0026 nömrəli restrukturizasiya müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 “FİNKA Azerbaijan” MM QBKT qarşısındakı kredit öhdəliyinin qalığı 382,08 manat müəyyən edilmiş, restrukturizasiya müqaviləsi 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə bağlanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********0039 nömrəli restrukturizasiya müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 “FİNKA Azerbaijan” MM QBKT qarşısındakı kredit öhdəliyinin qalığı 1604 manat müəyyən edilmiş, restrukturizasiya müqaviləsi 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə bağlanmışdır. İş materiallarında olan zaminlik müqavilələrindən görünür ki, İddiaçı MM QBKT (Bank) ilə Cavabdeh2 (zamin) xx.xx.2019-cu il tarixli, **********0026-701038 nömrəli və **********0039-701038 nömrəli zaminlik müqavilələri bağlamış və müqavilələrin şərtlərinə əsasən zamin, İddiaçı MM QBKT ilə Cavabdeh3 (borcalan) arasında xx.xx.2019-cu il tarixində bağlanmış **********0026 nömrəli və **********0039 nömrəli kredit müqavilələri üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan zaminlik müqavilələrindən görünür ki, İddiaçı MM QBKT (Bank) ilə Cavabdeh1 (zamin) xx.xx.2019-cu il tarixli, **********0026-985508 nömrəli və **********0039-985508 nömrəli zaminlik müqavilələri bağlamış və müqavilələrin şərtlərinə əsasən zamin, İddiaçı MM QBKT ilə Cavabdeh3 (borcalan) arasında xx.xx.2019-cu il tarixində bağlanmış **********0026 nömrəli və **********0039 nömrəli kredit müqavilələri üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Maliyyə arayışından aydın olur ki, Cavabdeh3 **********0026 nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixə 382.08 manat əsas borc, 11.88 manat faiz borcu, cərimə borcuna görə 0.00 manat, cəmi 393.96 manat borcu vardır. Maliyyə arayışından aydın olur ki, Cavabdeh3 **********0039 nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixə 1604.00 manat əsas borc, 49.79 manat faiz borcu, cərimə borcuna görə 0.00 manat, cəmi 1653.79 manat borcu vardır. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə Cavabdeh3 və Cavabdeh2 borcu ödəmələrinə dair xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq güzəştli kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilə predmeti olan pul məbləğini cavabdehin vaxtı keçmiş kredit borcuna yönəltmişdir. Cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəllərini pozmuş, müqavilə üzrə müəyyənləşdirilmiş faizlərin ödənilməsini ardıcıl olaraq gecikdirmişdir. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739 və 743-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul borcalandan tutulmalıdır. Belə ki, bankın təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, borcalan isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin ödənilməyən hissəsini və kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda digər cavabdehlər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Digər Cavabdeh1 iddiaçı “FİNKA Azerbaijan” MM QBKT məhkəməyə müraciət etməmişdən əvvəl, yəni xx.xx.2020-ci il tarixdə vəfat etməsi müəyyən edildiyindən, Qazax Rayon Məhkəməsinin 2(023)-1441/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən iş üzrə icraata Cavabdeh1 aid hissəsində xitam verilmişdir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 **********0026 nömrəli müqavilə üzrə 382.08 manat əsas, 11.88 manat faiz borcu, cərimə borcuna görə 0.00 manat, cəmi 393.96 manat, **********0039 nömrəli müqavilə üzrə 1604.00 manat əsas borc, 49.79 manat faiz borcu, cərimə borcuna görə 0.00 manat, cəmi 1653.79 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki cavabdehdən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 40,48 (qırx manat qırx səkkiz qəpik) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh3 və Cavabdeh2 **********0026 nömrəli müqavilə üzrə 382.08 manat əsas, 11.88 manat faiz borcu, cərimə borcuna görə 0.00 manat, cəmi 393.96 (üç yüz doxsan üç manat doxsan altı qəpik) manat, **********0039 nömrəli müqavilə üzrə 1604.00 manat əsas borc, 49.79 manat faiz borcu, cərimə borcuna görə 0.00 manat, cəmi 1653.79 ( bir min altı yüz əlli üç manat yetmiş doqquz qəpik) manat məbləğində borc və 40,48 (qırx manat qırx səkkiz qəpik) manat dövlət rüsumu alınaraq “FİNKA Azerbaijan” MM QBKT-na ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №e-2(023)-1441/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1441/2025
14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver