Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1451/2023 07.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması tələbi barədə mülki işə 07 noyabr 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün ödənilmiş 2710 manat məbləğin və 47,10 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət xərcinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan HM777ET dövlət qeydiyyat nişanlı Mercedes Benz E220 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** JX *** dövlət eydiyyat nişanlı İsuzu markalı avtonəqliyyat vasitəsinə və ona aid ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşquya yolnəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP- 5019925 saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh təqsirli bilinmişdir.Sığortalı ** JX *** dövlət qeydiyyat nişanlı İsuzu markalı avtonəqliyyat vasitəsinə və ona aid ** ZX *** dövlət qeydiyyat nişanlı arımqoşquya vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** JX *** dövlət qeydiyyat nişanlı İsuzu markalı avtonəqliyyat vasitəsinə və ona aid ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşquya dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən ümumilikdə 2710 (iki min yeddi yüz on ) manat məbləğində ziyan müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022 və xx.xx.2022-ci il tarixli “Sığorta akt”larına əsasən ümumilikdə 2710 (iki min yeddi yüz on) manat sığorta ödənişi zərərin bərpası üçün sığortlının şəxsi hesabına köçürülmüşdür. "xxxx" ASC tərəfindən xx.xx.2022 və xx.xx.2022-ci il tarixində 2710 (iki min yeddi yüz on) manat məbləğində sığorta ödənişinin subroqasiya hüququ əsasında geri qaytarılması barədə məktublar göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. İddiaçı təşkilat tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097, 1108 və 936-cı maddələrinə istinad edərək, Cavabdeh zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün ödənilmiş 2710 manat məbləğin və 47,10 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət xərcinin "xxxx" ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə göndərdiyi ərizədə üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini qeyd edərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsini səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, isə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Etibarnamədən görünür ki, "xxxx" QSC ona məxsus “İsuzu” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobili 31 dekabr 2022-ci ilədək X1 istifadəsinə verilmişdir. xx.xx.2021-ci il tarixli “Avtonəqliyyat vasitələrinin (KASKO) sığortası Şəhasdətnaməsi”ndən görünür ki, “İsuzu” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomaşın "xxxx" ASC tərəfindən xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək sığortalanmışdır. İnzibati tənbeh vermə haqqında TP 5019925saylı qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən təqsirli bilinib 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatlardan görünür ki, “İsuzu” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyan ümumilikdə 2710 (iki min yeddi yüz on) manat təşkil edir. xx.xx.2022-ci il tarixli qaimələrdən görünür ki, "xxxx" ASC tərəfindən 240 manat və 2470 manat "xxxx" MMC-nin hesabına köçürülmüşdür. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli sığorta aktlarından görünür ki, sığorta ödənişləri 240 manat və 2470 manat təşkil edir və həmin məbləğlər "xxxx" MMC-nin təqdim etdiyi hesaba köçürülür. xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, "xxxx" ASC tərəfindən 240 manat və 2470 manat pul "xxxx" MMC-nin hesabına ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi HM777ET dövlət qeydiyyat nişanlı Mercedes Benz E220 markalı avtonəqliyyat vasitəsi ilə yolnəqliyyat hadisəsi törətmiş, nəticədə ** JX *** dövlət qeydiyyat nişanlı İsuzu markalı avtonəqliyyat vasitəsinə və ona aid ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşquya maddi ziyan dəymişdir. "xxxx" ASC tərəfindən ** JX *** dövlət eydiyyat nişanlı İsuzu markalı avtonəqliyyat vasitəsinə və ona aid ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşquya dəymiş ziyana görə "xxxx" MMC-nin hesabına 2710 manat ödəniş edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh idarə etdiyi HM777ET dövlət qeydiyyat nişanlı Mercedes Benz E220 markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək, ** JX *** dövlət eydiyyat nişanlı İsuzu markalı avtonəqliyyat vasitəsinə və ona aid ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşquya maddi zərər vurduğundan, "xxxx" ASC tərəfindən ** JX *** dövlət qeydiyyat nişanlı İsuzu markalı avtonəqliyyat vasitəsinə və ona aid ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşquya dəymiş ziyana görə "xxxx" MMC-nin hesabına 2710 manat ödəniş edildiyindən, zərərin ödənilmiş əvəzi miqdarında məbləğ Cavabdeh alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 47,10 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün ödənilmiş 2710 manat, 47,10 manat dövlət rüsumu və 0,40 manat bank xidmət xərci alınaraq "xxxx" ASC-yə verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №e-2(023)-1451/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1451/2023
07.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver