Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1462/2024 23.12.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı qapalı səhmdar cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsinin ləğv edilməsi və pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı qapalı səhmdar cəmiyyəti Cavabdeh qarşı 13 iyul 2023-cü il tarixli, LCO231940180 nömrəli kredit müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 186,26 EUR məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı qapalı səhmdar cəmiyyəti iddia ərizəsində göstərmişdir ki, ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli karta dair xidmətlərin göstərilməsi haqqında LCO231940180 saylı müqaviləyə əsasən, cavabdehin sifariş ərizəsi əsasən onun adına X5 My Card debit növlü kart hesabı açılmış və 4302********9844 nömrəli kart cavabdehə təhvil verilmişdir. Kartın və PİN kodun Cavabdeh tərəfindən alınması təsdiq olunur. xx.xx.2024-cü il tarixində kart vasitəsi ilə cavabdeh tərəfindən aparılan əməliyyat zamanı texniki overdraft nəticəsində, yəni istinad olunan kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyat aparılmışdır. Belə ki, texniki overdraft nəticəsindən artıq məbləğdə aparılan əməliyyat 186.26 EUR təşkiledir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, cavabdeh overdraft nəticəsində yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli məktubla xəbərdarlıq edilməsinə baxmayaraq,cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. Tərəflər arasında bağlanmış yuxarıda qeyd edilən ərizəyə əsasən, Cavabdeh Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmçinin Cavabdeh ərizə və ya istənilən digər öhdəliklər üzrə Banka ödəməli olduğu vəsaitin, o cümlədən göstərilmiş Bank Xidmətlərinə görə xidmət haqqının və bank hesabına səhvən mədaxil edilmiş məbləğlərin ödəmə tarixindən etibarən onun Bankdakı hesablarından birtərəfli qaydada Bankın xeyrinə silinməsinə etirazetmədiyini bəyan etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək bildirdi ki. Müştəri kart qəbul edərək əlavə müqavilə bağlamışdır. Vətəndaş texniki overdraft əsasında yaran borcudur. Belə ki, cavabdeh İtaliyada olarkən müxtəlif əməliyyatlar etmiş və 186,26 EUR borc yaranmışdır. Belə ki, cavabdehə 10511,39 EUR pul mədaxil olub, lakin məxarici 10697,65 EUR olmuş və nəticədə 186,26 EUR artıq borc yaranmışdır. Cavabdehin xaricdə apardığı əməliyyatı xarici şirkətdən olmasına baxmayaraq ödənişləri İddiaçı qapalı səhmdar cəmiyyəti tərəfindən ödənilmişdir. xx.xx.2024-cü ilində İddiaçı QSC-ti tərəfindən İtaliya şirkətinə 79,07 və 107,19 EUR ödənilmişdir. Bundan başqa cavabdehin etirazına münasibətdə bildirmişdir ki, xx.xx.2023cü il tarixdə cavabdeh banka ərizə ilə müraciət edərək kart hesabını bağlatdlrmışdır. Lakin xx.xx.2024-cü il tarixdə yaranan 186,26 EUR overdraft borcu kart hesabı bağlanmadan əvvəl cavabdeh tərəfindən edilən əməliyyatlara görə yaranmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, o, xx.xx.2023cü ildə banka ərizə ilə müraciət edərək 4302********9844 №- li kart hesabını bağlatdırmışdır. Bu tarixdən sonra həmin kartla əməliyyat aparmamış və apara da bilməzdi. Ona görə də guya xx.xx.2024-cü ildə, yəni kart hesabı bağlandıqdan 2 ay 12 gün sonra kartla əməliyyat aparılması barədə iddiada göstərilənlər tamamilə əsassızdır. İddiaçının məhkəməyə təqdim etdiyi hesabdan çıxarışdan da görünür ki, xx.xx.2023-cü il tarixə günün sonuna kart hesabının qalığı 0.00 manat olmuşdur. Yəni həmin hesabdan istifadə üzrə nə onun banka, nə də bankın ona borcu olub. Hesabdan çıxarışa əsasən bankın iddia etdiyi 186,26 avroluq əməliyyat xx.xx.2024-cü ildə 79.07 avro və 107.19 avro olmaqla İtaliyada aparılıb. Həmin tarixdə o Azərbaycanda olmuş və qeyd etdiyi kimi, ondan 2 ay 12 gün əvvəl kart hesabını bağlatdırmışdır. Ona görə də, ona qarşı 186,26 avro pul tələbinə dair iddiasının rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13 iyul 2023-cü il il tarixli karta dair xidmətlərin göstərilməsi haqqında LCO231940180 saylı müqaviləyə surətindən görünür ki, Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli karta dair xidmətlərin göstərilməsi haqqında LCO231940180 saylı müqaviləyə əsasən, cavabdehin sifariş ərizəsi əsasən onun adına X5 My Card debit növlü kart hesabı açılmış və 4302********9844 nömrəli kart cavabdehə təhvil verilmişdir. Mülki işdə olan İddiaçı qapalı səhmdar cəmiyyətinin 11 iyul 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 13 iyul 2023-cü il tarixli, LCO231940180 nömrəli X5 My Card kartı üzrə ödənilməmiş əsas borc qismində 186,26 EUR borcu yaranmışdır. İşdə olan hesabdan çıxarışın surətindən görünür ki, Cavabdeh 13 iyul 2023-cü il tarixli, LCO231940180 nömrəli X5 My Card kartı üzrə ümumi 10511,39 EUR mədaxil olmuş, 10697,65 EUR məxaric olunmuş və nəticədə qalıq borc 186,26 EUR təşkil etmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”nə əsasən cavabdeh Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Beləliklə, işdə olan sənədlərlə Cavabdeh İddiaçı qapalı səhmdar cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə iddiaçıya 13 iyul 2023-cü il il tarixli, LCO231940180 nömrəli karta dair xidmətlərin göstərilməsi haqqında müqaviləsi üzrə qalıq borc qismində 186,26 EUR borcunun olduğu təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit məbləğini cavabdehə vermişdir. Cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən tutulmalıdır. Belə ki, iddiaçının (bankın) təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi Odur ki, iddiaçı kredit müqaviləsi üzrə verilmiş borcun ödənilməmiş hissəsini, ona hesablanmış faizlərin və cərimənin qaytarılmasını cavabdehdən tələb etməkdə haqlıdır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 13 iyul 2023-cü il tarixli, LCO231940180 nömrəli kredit müqaviləsi üzrə 186,26 EUR cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı qapalı səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə əsas borcun əvəzi qismində 186,26 EUR və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №e-2(023)-1462/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1462/2024
23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver