Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № e-2(023)-1528/2023 04.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 QİZİNA qarşı borc müqaviləsi üzrə mübahisələr tələbinə dair iddiasına kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddiası üzrə mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 QİZİNA qarşı borc müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 45.1ci maddəsinə əsasən məhkəməyə aidiyyət ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Belə ki, məhkəmənin hazırlıq iclasından sonra cavabdehlərin şəxsiyyət vəsiqəsi barəsində məlumatlardan müəyyən olunur ki, onlar Cavabdeh1 qeydiyyatı Ağstafa ray, Poylu kəndi, Cavabdeh2 Ağstafa şəhəri, Xətai kəndində və Cavabdeh3 QİZİNın isə qeydiyyatı Ağstafa şəh, Ş.Qurbanov küç, ev 18-də qeydiyyatdadırlar. Məhkəmə hesab edir ki, hazırki mülki işdə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 QİZİNİN ünvanı Ağstafa rayonuna aid olduğundan həmin mülki işə ərazi aidiyyəti üzrə Ağstafa Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 QİZİNA qarşı borc müqaviləsi üzrə mübahisələr tələbinə dair 2(023)-1528/2023 saylı mülki iş aidiyyəti üzrə Ağstafa Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №e-2(023)-1528/2023
Qazax Rayon Məhkəməsi Qərardad — İş №e-2(023)-1528/2023
04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver