Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1605/2025 18.12.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Sadıxova Günay Fauna qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1261 (bir min iki yüz altmış bir) manat 92 (doxsan iki) qəpik, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) AZN məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixli əmrlə administrator vəzifəsinə keçirilmiş və “X3” haqqında müqavilə imzalanmışdır. xx.xx.2025-ci il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2025-ci il tarixində İddiaçı MMC-nin “OBA Qazax 2” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2025-ci il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 1594 (bir min beş yüz doxsan dörd) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində zərər vurması məlum olmuşdur. sözügedən inventarizasiya yoxlaması şəxsən Cavabdeh iştirakı ilə keçirilmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 1261 (bir min iki yüz altmış bir) manat 92 (doxsan iki) qəpik borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 1261 (bir min iki yüz altmış bir) manat 92 (doxsan iki) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməli olduqları həmin şəxslərə izah edilmişdir. Cavabdeh xx.xx.2025-cü il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq iddianı qəbul etmədiyini bildirmişdir. Qazax Rayon Məhkəməsinin e-2(023)-1605/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə, «OBA MARKET” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «kiçik iddialara dair işlər üzrə maddi ziyan tələbi» barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərarına alınmışdır. İddiaçı MMC-nin nümayəndəsi X2 “İddia məbləğinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iş üzrə Audit yoxlaması keçirilmiş və 750 AZN xərc çəkilmişdir. Odur ki, 1261 (bir min iki yüz altmış bir) manat 92 (doxsan iki) qəpik, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) AZN məbləğin və audit xərci 750 (yeddi yüz əlli) AZN məbləğin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın tam təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, o, iddianı qəbul etmir. Belə ki, yoxlama zamanı səhv sayılan məhsullar olmuşdur. Sayım nəticəsinə geri dönuş edilib sayılan məhsullara düzəliş edilməmişdir. Qeyd olunan məbləğdə əskikgəlmə bu səbəbdən yaranmışdır. Onun İddiaçınə maddi ziyan vurmamışdır. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh İsmət oğlu ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2025-ci il tarixində 1594.78 (bir min beş yüz doxsan dörd manat, 78 qəpik) AZN çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 1261.92 (bir min iki yüz altmış bir manat, 92 qəpik) AZN borcu qalmışdır. Beləliklə Cavabdeh İsmət oğlunun 18 aprel 2025-ci il tarixinə "xxxx" MMC-ə olan ümumi borcu 1261.92 (bir min iki yüz altmış bir manat, 92 qəpik) AZN təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli İddiaçı MMC-nin inventarizasiya komissiyasının iltizamnaməsindən görünür ki, Cavabdeh sayımda iştirak etdiyini, sayımın qaydalarına uyğun keçirildiyini, sayılan miqdarla razıdır, sayım qrupuna etirazı olmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun akta və “Oba-Qazax 2” filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair yekun akta əsasən, Cavabdeh iştirakı ilə keçirilmiş yoxlama zamanı inventarizasiya üzrə əskkgəlmə məbləği 1594.79 AZN kimi müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilmiş inventarizasiya yoxlamasının nəticəsi ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələrini imzalamalı olduğu bildirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli imtina aktından görünür ki, Cavabdeh inventarizasiya aparılmasında iştirak etdiyi, lakin araşdırma nəticələri ilə tanış olmayaraq əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin (-1594.79) yaranması səbəbləri barədə izahat verməkdən imtina etdiyi müvafiq şəxslər tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı MMC-dən Cavabdeh ünvanlamış xəbərdarlıqdan görünür ki, Cavabdeh 1261.92 AZN əskikgəlmənin aşkar edildiyi barədə məlumat verilməklə borcunu ödəməsi bildirilmişdir. İş materiallarında olan İddiaçı MMC üzrə xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə satış departamenti- Satış şöbəsinə satıcı-kassir vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan İddiaçı MMC üzrə xx.xx.2022-ci il tarixli 333/İQ saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2022-ci il tarixdən satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan İddiaçı MMC üzrə xx.xx.2022-ci il tarixli 459 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2022-ci il tarixdən baş satıcı vəzifəsinə keçirilmişdir İş materiallarında olan İddiaçı MMC üzrə xx.xx.2022-ci il tarixli 633 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2022-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan İddiaçı MMC üzrə xx.xx.2025-ci il tarixli 28-x saylı əmrdən çıxarışdan görünür ki, Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinin Administratorunun əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 "b" (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli X3 haqqında müqaviləyə əsasən maddi məsul şəxs Cavabdeh işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli audit rəyindən görünür ki, İddiaçı MMC-nın “Oba –Qazax 2” filialı mağazadan ərzaq və qeyri ərzaq malları əskikgəlməsinin auditi aparılmışdır. Audit 03 oktyabr 2025-ci il tarixdə başlanaraq 08 oktyabr 2025-ci ildə başa çatmışdır. Audit yoxlaması nəticəsində elə müəyyən olunur ki, OBA Market” MMC-nın “Oba –Qazax 2” mağazasında administrator vəzifəsində çalışmış Cavabdeh öhdəliyində olan maddiyatdan 1594.79 manat məbləğ dəyərində məhsul əskikgəlmişdir. Cavabdeh audit yoxlama prossesində dindirilmək üçün dəvət olunmuş, lakin görüşdə iştirak etməkdən imtina etmişdir. İş materiallarında olan 08 oktyabr 2025-ci il tarixli audit hesabatında qeyd edilmişdir ki, Audit yoxlaması nəticəsində Oba-Qazax №2 saylı mağazada administrator vəzifəsində çalışmış Cavabdeh öhdəliyində olan maddiyatdan ümumilikdə 1594.79 manat dəyərində məhsul əskikgəlmişdir. Mülahizələrə görə əskikgəlmə faktının aşkarlanması 10 yanvar 2025-ci il tarixində keçirilən inventarizasiya yoxlamasına əsasən bütün mövcud aspektlərdə müəssisənin faktiki 1594.79 manat zərərə uğradığı əməliyyatların nəticələrinin düzgünlüyümü göstərməklə Azərbaycan Respublikasının bütün normativ və hüquqi aktlarının tələblərinə müvafiqdir İş materiallarında olan xx.xx.2025-ci il tarixli, "xxxx" MMC-nin 337 nömrəli qəbzindən görünür ki, OBA Market” MMC-nin “Oba-Qazax 2” filialında aparılmış audit rəyinin verilməsi üçün çəkilən xərc 750 manat təşkil etmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli X3 haqqında müqaviləyə əsasən (əmək müqaviləsinə əlavə) maddi məsul şəxs Cavabdeh işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh «satıcı-kassir», daha sonra isə xx.xx.2022-ci il tarixli əmr əsasında administrator vəzifəsinə qəbul olunmuş və tərəflər arasında xx.xx.2022-ci il tarixli «X3» haqqında müqavilə bağlanmışdır. Lakin Cavabdeh əmək funksiyalarının icrasını tam təmin etməmiş və İddiaçı MMC-yə 1594.78 manat məbləğində zərər vurmuşdur. İddiaçı MMC tərəfindən həmin vurulmuş zərərin bir hissəsi güzəşt edilmiş və digər məbləğ 1261.92 manat pul vəsaitinin ödənilməsi Cavabdeh tələb olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəlllənin 194-cü maddəsinə görə ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinin 1-ci bəndinin «a» və «ç» yarımbəndlərinə görə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X3 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə işəgötürənə digər üsulla qəsdən ziyan vurduqda işçi qanuna zidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200-cü maddəsinin 1-ci bəndinə görə istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X3 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki işin məhkəmə tədqiqi zamanı İddiaçı MMC iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni Cavabdeh tərəfindən maddi zərər vurulmasını xx.xx.2025-ci il tarixli İddiaçı MMC-nin inventarizasiya komissiyasının iltizamnaməsini, xx.xx.2025-ci il tarixli «Aktivlər üzrə inventarizasiya nəticələrinı dair yekun» aktını, xx.xx.2025-ci il tarixli audit rəyini, 750 manat məbləğində audit xərci barədə qəbzi və digər sənədləri təqdim etməklə sübuta yetirmişdir. Cavabdeh isə iddiaya etirazı olduğu halda etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən kifayət qədər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsiə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı o sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmasın. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, Cavabdeh vurulmuş zərərin əvəzi qismində 1261.92 manat məbləğində pul vəsaiti və 750 manat audit xərci İddiaçı MMCnin xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə görə «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, ödənilmiş mediasiya xərcinin əvəzi qismində 60 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi qismində 1261,92 manat məbləğində pul vəsaiti, 750 manat audit xərci və ödənilmiş mediasiya xərcinin əvəzi qismində 60 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №e-2(023)-1605/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1605/2025
18.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver