Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № e-2(023)-1615/2025 16.10.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi Nümayəndə2, Cavabdeh1 nümayəndəsi Nümayəndə3 iştirakı ilə, X3 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin, kredit faizinin və cərimənin ödənilməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X3 Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdehlər Cavabdeh2 və X1 müştərək qaydada iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4242,9 manat əsas, 656,95 manat faiz, 110,58 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 5010,43 manat borcun, 0,40 manat xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 70,15 manat məbləğindəvəsaitin tutulması barədə qətnamə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X3 Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" KB ASC iləCavabdeh2 arasında bağlanmış xx.xx.2023-ci il tarixli əsas kredit müqaviləsi üzrə 300 000 manat 120 ay müddətinə kredit ayrılmış və xx.xx.2023-ci il tarixli əlavə kredit müqaviləsi üzrə cavabdehə 36 aymüddətinə illik 26 %ödəmək şərtilə 6000 manat məbləğində kredit verilmişdir. (kredit müqaviləsinin 1-ci maddəsi) Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini Cavabdeh1 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehlərin kredit müqaviləsi üzrə 14 avqust 2025 tarixinə "xxxx" KB ASC-yə 4242,9 manat əsas,656,95 manat faiz, 110,58 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 5010,43 manat borcu yaranmışdır. xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə1 mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Nümayəndə2 bildirdi ki, qızı 6000 manat məbləğində kredit götürmüşdur. Lakin kreditin hansı məqsədlə götürüldüyünü bilmir. Maddi imkanı zəif olduğundan ödəyə bilməmişdir. Cavbdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmamasını bilmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə3 bildirdi ki, Cavabdeh1 zamin olmuşdur. Kreditin məqsədli təyinatından xəbərdar deyildir.Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunan prosessual hüquq normalarından göründüyü kimi, ümumi məhkəmələr və kommersiya məhkəmələri arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. Mübahisənin kommersiya xarakterli olması hüquq münasibətinin məzmununu əks etdirir və mübahisə tərəflərinin qarşılıqlı münasibətinin mahiyyətini xarakterizə edir. Bu mübahisə iqtisadi subyektlər arasında yaranır və azad sahibkarlıq fəaliyyətindən irəli gəlir. Məhz buna görə qanunverici tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranan mübahisələrə kommersiya məhkəmələrində baxılmasını müəyyən etmişdir. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 14-cü bəndində məhkəmələrə izah edilmişdir ki, əşya hüquqi münasibətlərindən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Sahibkarlıq fəaliyyəti haqqında qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-ci il tarixli, 6147micTVZ/23-EM nömrəli əsas kredit müqaviləsində olan müqavilənin predmetində göstərilmişdir ki, bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri ilə kreditlər sahibkarlıq fəaliyyəti ilə bağlı verilir. Ona görədə xx.xx.2023-ci il tarixli əlavə kredit müqaviləsi üzrə verilmiş kreditin təyinatı “sahibkarlıq fəaliyyətinin” həyata keçirilməsi ilə bağlıdır. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatdan görünür ki, Cavabdeh2 vergi ödəyicisidir ((VÖEN **********). Onun fəaliyyət istiqaməti “buğa məninin istehsalıdır”. Qeyd olunan fəaliyyət istiqaməti isə sahibkarlıq fəaliyyəti hesab olunur. Buna görə də hüquqi şəxs olan X3 Açıq Səhmdar Cəmiyyəti ilə sahibkarlıq fəaliyyətini həyata keçirən cavabdeh fərdi sahibkar Cavabdeh2 (VÖEN **********) arasında olan münasibətlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar borc pul münasibətlərindən yaranmışdır. Göründüyü kimi tərəflər sahibkarlıq fəaliyyətinin subyektləri olmuş və aralarındakı münasibətlər sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmış, iddia tələbini təşkil edən mübahisə isə həmin münasibətlərdən yaranan mübahisə olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mövcud mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yarandığına görə kommersiya mübahisəsi hesab olunur. Buna görə də hazırki işə məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq Gəncə Kommersiya Məhkəməsində baxılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin, kredit faizinin və cərimənin ödənilməsi» tələbi barədə iddiasına dair iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 24, 26, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin, kredit faizinin və cərimənin ödənilməsi» tələbi barədə iddiasına dair mülki iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №e-2(023)-1615/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №e-2(023)-1615/2025
16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver