Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № e-2(023)-1972/2025 04.12.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Sadıxova Günay Fauna qızının katibliyi, İddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə mübahisələr» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X1 Azərbaycan» QSC Cavabdeh qarşı cavabdehdən Cavabdeh əsas məbləğ üzrə: 13489.33 (on üç min dörd yüz səksən doqquz manat 33 qəpik) manat, faiz məbləği üzrə: 944.61 (doqquz yüz qırx dörd manat 61 qəpik) manat, cərimə məbləği üzrə: 85.42 (səksən beş manat 42 qəpik) manat, cəmi borc: 14519.36 (on dörd min beş yüz on doqquz manat 36 qəpik) AZNməbləğində kredit borcu, həmçinin dövlət büdcəsinə köçürülmüş 133.56 AZN məbləğində dövlət rüsumunun “X1 Azərbaycan” QSC-nin хeyrinə tutulması (ödənilməsi) tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, AZ-İİ seriyalı, 485622 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2025-ci ildə ölmüşdür. İşdə olan elektron çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci ildə ölmüşdür. İddiaçı "xxxx" ASC-nin hazırki iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iş materialllarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq, hesab edir ki, işə məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, ölmüş şəxsin Azərbaycan Respublikası MPM-nin 48 və 49-cu maddələri ilə təsbit olunmuş mülki-prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Buna görə də, məhkəmə hesab edir ki, ölmüş şəxsə qarşı iddia qaldırılması, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi və ya mübahisəyə mahiyyəti üzrə baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə görə işə məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, «X1 Azərbaycan» QSC tərəfindən ödənilmiş 133,56 manat məbləğində dövlət rüsumu (xx.xx.2025; qəbzin nömrəsi:**********31) dövlət büdcəsindən «X1 Azərbaycan» QSC nə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə mübahisələr» tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 133,56 manat məbləğində dövlət rüsumu (xx.xx.2025; qəbzin nömrəsi:**********31) dövlət büdcəsindən iddiaçı «X1 Azərbaycan» QSC-nə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №e-2(023)-1972/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №e-2(023)-1972/2025
04.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver