Məhkəmə qərarları › İş №e-2(023)-1987/2025

Qazax Rayon Məhkəməsi Qərardad — İş №e-2(023)-1987/2025

06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № e-2(023)-1987/2025 06.11.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlu İddiaçı Cavabdeh qızna qarşı «qızıl-zinət əşyalarının özlərinin, özləri olmadıqda isə onların dəyəri olan pul» tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qızna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, ondan nisyə aldıgı, 1) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 2.7 qram olan, qızıl sırqanın (qiyməti 486(dört yüz, səksən altı) manatdır). 2) 1ədəd, 585 əyyarlı, ümumi çəkisi 16.45 qram olan, qızıl boyunbağının (qiyməti 2961(iki min, doqquz yüz, altımış bir) manatdır). 3) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 14.23 qram olan, qızıl "tros" formalı boyunbağının (qiyməti 2561(iki min, beş yüz, altımış bir) manatdır). 4) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 4 qram olan, qızıl qolbağının, (qiyməti 720(yeddi yüz, iyirmi) manatdır). 5) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 3 qram olan, qızıl klonun (qiyməti 540(beş yüz, qırx) manatdır). 6) 585 əyyarlı, ümumi çəkisi 8.1 qram olan, qızıl boyunbağı və klon dəstinin (qiyməti 1458(bir min, dört yüz, əlli səkkiz) manatdır). 7) 585 əyyarlı, ümumi çəkisi 4 qram olan, qızıl boyunbağı və klon dəstinin, (qiyməti 720(yeddi yüz, iyirmi) manatdır). 8) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 3 qram olan, qızıl klonun (qiyməti 540(beş yüz, qırx) manatdır). 9) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 4.3 qram olan, qolbağının (qiyməti 774(yeddi yüz, yetmiş dört) manatdır). 10) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 15.1 qram olan, qızıl qadın saatının (qiyməti 2718(iki min, yeddi yüz, on səkkiz) manatdır). 11) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 13 qram olan, qızıl qolbağının (qiyməti 2340(iki min, üç yüz, qırx) manatdır). 12) 585 əyyarlı, ümumi çəkisi 7.9 Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: qram olan, brillian qaşlı qızıl sırqa və üzük dəstinin (qiyməti 1896(bir min, səkkiz yüz, doğsan altı) manatdır), 13) 1 adad 585 ayyarlı ümumi cakisi 1.54 gram olan,qızıl boyunbağının (qiyməti 277(iki yüz, yetmiş yeddi) manatdır).14) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 14.7 qram olan, qızıl boyunbağının (qiyməti 2646(iki min, altı yüz, qırx altı) manatdır). 15) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 13.89 qram olan, qızıl boyunbağının (qiyməti 2500(iki min, beş yüz) manatdır). 16) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 5.64 qram olan, qızıl qolbağının (qiyməti 1015(bir min, on beş) manatdır). 17) 585 əyyarlı, ümumi çəkisi 2.5 qram olan, qızıl sırqanın (qiyməti 450(dört yüz, əlli) manatdır). 18) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 1.41 qram olan, qızıl salxanc sır sırqanın (qiyməti 254(iki yüz, əlli dört) manatdır). 19) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 1 qram olan, qızıl sırqanın (qiyməti, 180(bir yüz, iyirmi) manatdır). 20) 1 ədəd, açar formalı gümüş klonun (qiyməti 39(otuz doqquz) manatdır). 21) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 23.1 qram olan, qızıl "Mafyoz" formalı boyunbağının (qiyməti 4158(dört min, bir yüz, əlli səkkiz) manatdır). 22) 1ədəd, 585 əyyarlı, ümumi çəkisi 3.91 qram olan, qızıl qolbağının (qiyməti 704(yeddi yüz, dört) manatdır). 23) 585 əyyarlı, ümumi çəkisi 2.32 qram olan, qızıl ayətəl kürsi boyunbağı ilə birlikdə və qolbağının (qiyməti 418(dört yüz, on səkkiz) manatdır). 24) 2 ədəd, 585 əyyarlı, ümumi çəkisi 2 qram olan, qızıl qolbağının (qiyməti 360(üç yüz, altımış) manatdır).25) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 2.7 qram olan, qızıl boyunbağının (qiyməti 486(dört yüz, səksən altı) manatdır) özlərini, özləri olmadıqda isə, onların ümumi dəyəri olan, 31201(otuz bir min, iki yüz, bir) manat məbləğində pulun, həmin puldan, 2145(iki min, bir yüz, qırx beş) manat pul ödənilmişdir, bu səbəbdəndə, 29056 (iyirmi doqquz min, əlli altı) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşıdıraraq hesab edir ki, iddia ərizəsi aşağdakılara əsasən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. Lakin məhkəməyə daxil olmuş iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini, habelə iddiaçının dövlət rüsumu ödəməkdən azad edilməsinə dair «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş hallar mövcud olduğu halda, həmin halları təsdiq edən sənədlər, həmçinin iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakına riayət etməsini təsdiq edən sənəd əlavə olunmamışdır. Halbuki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunun 8.1.3-ci maddəsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi, İddiaçı tələb etdiyi əmlakın dəyəri 29056 mata təşkil etdiyindən o 177,17 manat dövlət rüsum ödəməliyi olduğu halda cəmi 42 manat rüsumu ödəmişdir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə görə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Lakin İddiaçı öz iddia ərizəsində 29056 manat dəyərində qızıl-zinyət əşyalarını tələb etsədə, həmin daşınar əşyaların alqı-satqısına dair hər hansı müqaviləni və ya mötəbər hesab ediləcək ilkin yazılı sübutlarını təqdim etməmişdir. Həmin məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə yuxarda qeyd olunanlara əsasən hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmalı, həmçinin, iddiaçıya izah edilməlidir ki, qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunun ödəyib və bunula bağlı müvafiq təsdiqedici sənədi, eləcədə iddia ərizəsinə ilkin yazılı sübutları əlavə edərək yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçıtərəfindən ödənilmiş 42 manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2025, GPP qəbz nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 150-152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qızna qarşı «qızıl-zinət əşyalarının özlərinin, özləri olmadıqda isə onların dəyəri olan pul» tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ödənilmiş 42 manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2025, GPP qəbz nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunun ödəyib bunula bağlı müvafiq təsdiqedici sənəd iddia ərizəsinə əlavə edərək yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar