Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-2194/2025 20.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Qəhrəmanova Mehin Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1130,42 (bir min yüz otuz manat qırx iki qəpik) manat və dövlət rüsumuna görə ödənilmiş 31,50 (otuz bir manat əlli qəpik) manat vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC-dən 28 iyun 2025-ci il tarixində toy mərasimi keçirilməsi üçün lazım olan, ümumi məbləği 1130,42 manat (min yüz otuz iki manat qırx iki qəpik olan) dəyərində ərzaq, yeyinti, içki, təmizlik və digər məhsulları satın almışdır. Cavabdehlə toy mərasimi bitdikdən sonra ödənişin ediləcəyinə dair razılıq əldə olunduğuna görə elə həmin tarixdə yəni, 28 iyun 2025-ci il tarixdə tərəflər arasında borc müqaviləsi bağlanılmışdır. xx.xx.2025-ci il tarixli müqavilənin 2.4-cü maddəsinə əsasən “Borc alan”, yəni Cavabdeh malların dəyərini 01 iyul 2025-ci il tarixinə qədər ödəməli olsa da, təxminən 6 ay ərzində heç bir ödəniş edilməmişdir. Bu müddət ərzində İddiaçı MMC-nin əməkdaşları və rəhbərliyi dəfələrlə Cavabdeh əlaqə saxlayaraq malların ödənişini könüllü şəkildə ödəməsini xahiş və tələb etmişlər. Cavabdeh hər dəfəsində müxtəlif bəhanələrlə borcu qısa zamanda ödəyəcəyinə dair vədlər versə də, heç birinə əməl etməmiş, bir müddət sonra isə telefon zənglərinə ya cavab verməmiş, ya da zəng çatmamışdır. Cavabdeh borcun ödənilməsi üçün sonuncu dəfə 08 dekabr 2025-ci il tarixdə pretenziya ilə müraciət edilərək 10 iş günü ərzində ödəniş etməyi xahiş edilmişdir. Cavabdeh pretenziya məktubunu 11 dekabr 2025-ci il tarixində əldə etsə də indiyədək borcun ödənilməsi üçün heç bir hərəkət etməmişdir. Ona görə də 1130,42 manat borc məbləğinin məhkəmə qaydasında tutulması üçün müraciət etməyə məcbur olmuşuq Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, bildirdi ki, cavabdehə borcun ödəilməsi tələb edilsə də, borcunu qaytarmamışdır. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, övladı hərbi xidmətə getdiyi üçün şadlıq etmiş və ərzaq mallarını iddiaçı təşkilatdan nisyə olaraq almışdır. Maddi imkanı olmadığından borcunu qaytara bilməmişdir. Borcunu hissə-hissə ödəyəcəkdir. Odur ki, nəzərə alınmasını xahış etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli, 885 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı həmin müqaviləyə əsasən Cavabdeh İddiaçındən 1130,42 manat məbləğində nisyə ərzaq və digər malları almışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə İddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, borcu könüllü ödəməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, xx.xx.2025-ci il tarixli, 885 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1130,42 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 31,50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə ödənilməmiş əsas borcun əvəzi qismində 1130,42 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31,50 manat, cəmi 1161,92 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №e-2(023)-2194/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-2194/2025
20.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver