Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-287/2024 29.02.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi İddiaçı ASC "xxxx" Bankın nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı ASC "xxxx" Bankın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə 29 fevral 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC "xxxx" Bankı məhkəmədə iddia qaldıraraq, xx.xx.2022-ci il tarixli DKM/015N05A01451822 №-li Kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC "xxxx" Bankına olan 7636,80 (yeddi min altı yüz otuz altı manat 80 qəpik) manat məbləğində əsas borcu, xx.xx.2023-cü il tarixə qədər kreditdən istifadəyə görə hesablanmış 358,42 (üç yüz əlli səkkiz manat 42 qəpik) manat məbləğində adi faizlər üzrə borc, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 57,52 (əlli yeddi manat 52 qəpik) manat məbləğində penya, cəmi 8052,74 (səkkiz min əlli iki manat 74 qəpik) manat kredit borcu və xx.xx.2023-cü il tarixdən qətnamənin qəbul edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanan faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın və iddia ərizəsinin verilməsinə görə 100,53 (bir yüz manat 53 qəpik) manat məbləğində dövlət rüsumunun birgə qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC "xxxx" Bankının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə etmiş və izahat verərək bildirmişdir ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/015N05A01451822 №-li Kredit müqaviləsinə müvafiq olaraq Bank tərəfindən Borc alana 36 (otuz altı) ay müddətinə, illik 12 % (on iki faiz) ödənilməsi şərtilə, 10 000 (on min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci və 2.8-ci bəndlərinə əsasən Cavabdeh1 və onunla birgə məsuliyyət daşıyan digər Cavabdeh2 həmin müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi, bundan əlavə Cavabdeh1 Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 saylı əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini, öhdəsinə götürmüşdür. Lakin Cavabdehlər bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixinə cavabdehlərin Bank qarşısında gecikdirilmiş borcu 2001,47 (iki min bir manat 47 qəpik) manat təşkil edir ki, bunun da 1643,05 (bir min altı yüz qırx üç manat 05 qəpik) manatı vaxtı keçmiş əsas borcdan, 358,42 (üç yüzəllisəkkiz manat 42 qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə, Cavabdehlər kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15% (on beş faiz) dərəcəsi penya da ödəməlidir ki, xx.xx.2023-cü il tarixinə bu məbləğ 57,52 (əlli yeddi manat 52 qəpik) manat təşkiledir. Kredit müqaviləsi üzrə 5993,75 (beş min doqquz yüz doxsan üç manat 75 qəpik) manat məbləğində vaxtı keçməmiş əsas borc məbləği, habelə yuxarıda qeyd edilən vaxtı keçmiş əsas borc, adi faizlər və penya üzrə borc məbləğləri nəzərə alınmaqla, Bankın Cavabdehlərə qarşı xx.xx.2023-cü il tarixinə tələblərinin ümumi məbləği 8052,74 (səkkiz min əlli ikimanat 74 qəpik) təşkil edir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbini üzürsüz sayaraq, Azərbaycan Respublikasının MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İşdə olan sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixli DKM/015N05A01451822 №li Kredit müqaviləsinə əsasən ASC "xxxx" Bankı tərəfindən Cavabdeh1 36 (otuz altı) ay müddətinə, illik 12 % (on iki faiz) ödənilməsi şərtilə, 10 000 (on min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci və 2.8-ci bəndlərinə əsasən Cavabdeh1 və onunla birgə məsuliyyət daşıyan digər Cavabdeh2 həmin müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi, bundan əlavə Cavabdeh1 Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 saylı əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini, öhdəsinə götürmüşdür. İşdə olan, xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixə 5993.75 manat, 1643.05 manat vaxtı keçmiş borc, faiz borcu 358.42 manat olmaqla, 57.52 manat cərimə borcu, cəmi 8052.74 manat məbləğində kredit borcu yaranmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia qismən təmin edilməli, belə ki, xx.xx.2022-ci il tarixli DKM/015N05A01451822 №-li Kredit müqaviləsinə əsasən ASC "xxxx" Bankı tərəfindən Cavabdeh1 36 (otuz altı) ay müddətinə, illik 12 % (on iki faiz) ödənilməsi şərtilə, 10 000 (on min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci və 2.8-ci bəndlərinə əsasən Cavabdeh2 və onunla birgə məsuliyyət daşıyan digər Cavabdeh2 həmin müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi, bundan əlavə Cavabdeh2 kredit müqaviləsinin 2.4cü bəndinə və onun 1 saylı əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini, öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli DKM/015N05A01451822 №-li Kredit müqaviləsi üzrə ASC "xxxx" Bankına olan 7636,80 (yeddi min altı yüz otuz altı manat 80 qəpik) manat məbləğində əsas borcu, xx.xx.2023-cü il tarixə qədər kreditdən istifadəyə görə hesablanmış 358,42 (üç yüz əlli səkkiz manat 42 qəpik) manat məbləğində adi faizlər üzrə borc, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 57,52 (əlli yeddi manat 52 qəpik) manat məbləğində penya, cəmi 8052,74 (səkkiz min əlli iki manat 74 qəpik) manat kredit borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ASC "xxxx" Bankına ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.3-cü maddəsinə əsasən Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, ödənilmiş 100,53 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçı ASC "xxxx" Bankının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220,227,233, 357-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 7636,80 (yeddi min altı yüz otuz altı manat 80 qəpik) manat məbləğində əsas borcu, xx.xx.2023-cü il tarixə qədər kreditdən istifadəyə görə hesablanmış 358,42 (üç yüz əlli səkkiz manat 42 qəpik) manat məbləğində adi faizlər üzrə borc, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 57,52 (əlli yeddi manat 52 qəpik) manat məbləğində penya, cəmi 8052,74 (səkkiz min əlli iki manat 74 qəpik) manat kredit borcu və ödənilmiş 100,53 manat dövlət rüsumu ASC "xxxx" Banka ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №e-2(023)-287/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-287/2024
29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver