Məhkəmə qərarları › İş №e-2(023)-419/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-419/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-419/2024 02.04.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçının nümayəndəsi Nəsibov Vəkil Abdulla oğlunun iştirakı ilə, İddiaçı QSC BOKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə 02 aprel 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC BOKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 13 oktyabr 2020-ci il tarixli 168 ƏF saylı müqaviləyə əsasən 3975,84 manat əsas borc, 53,35 manat faiz borcu olmaqla, cəmi 4029,19 manat borcun və 13 oktyabr 2020-ci il tarixli 169 ƏF saylı müqaviləyə əsasən 1957,13 manat əsas borc, 27,01 manat faiz borcu olmaqla, cəmi 1984,14 manat borc olmaqla iki Restrukturizasiya müqaviləsi üzrə cəmi 6013,33 manat borcun və ödənilmiş 80.13 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi barədə İddiaçı QSC BOKT İdarə Heyətinin 06 avqust 2020-ci il tarixli 86 saylı Qərarının icrası ilə əlaqədar İddiaçı QSC-nin Qazax filialı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli 168 ƏF saylı Restrukturizasiya Müqaviləsi və 169 ƏF saylı Restrukturizasiya Müqaviləsi bağlanmışdır. Cavabdeh1 xx.xx.2020-ci il tarixli 168 ƏF saylı Restrukturizasiya Müqaviləsinə əsasən 4885 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 5 il müddətində və 13 oktyabr 2020-ci il tarixli 169 ƏF saylı Restrukturizasiya Müqaviləsinə əsasən 2504 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 5 il müddətində İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Restrukturizasiya müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi İddiaçı QSC-nin Qazax filialı ilə Cavabdeh2 arasında 13 oktyabr 2020-ci il tarixli 168 ƏF saylı və 13 oktyabr 2020-ci il tarixli 169 ƏF saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh müqavilənin şərtlərinə əməl etməmiş, əsas və faiz borcundan ödəniş etməmişdir. Beləliklə, cavabdeh Restrukturizasiya müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdeh1 İddiaçı QSC-yə 13 oktyabr 2020-ci il tarixli 168 ƏF saylı müqaviləyə əsasən 3975,84 manat əsas borc, 53,35 manat faiz borcu olmaqla, cəmi 4029,19 manat və 13 oktyabr 2020-ci il tarixli 169 ƏF saylı müqaviləyə əsasən 1957,13 manat əsas borc, 27,01 manat faiz borcu olmaqla, cəmi 1984,14 manat təşkil edir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nəsibov Vəkil Abdulla oğlu iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC BOKT (Borcverən) ilə Cavabdeh1 (borcalan) arasında bağlanmış xx.xx.2020-ci il tarixli 168 ƏF saylı Restrukturizasiya Müqaviləsinə əsasən borcalan 4885 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 5 il müddətində İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. İddiaçı QSC BOKT (Borcverən) ilə Cavabdeh1 (borcalan) arasında bağlanmış xx.xx.2020-ci il tarixli 169 ƏF saylı Restrukturizasiya Müqaviləsinə əsasən borcalan 2504 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 5 il müddətində İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. İddiaçı QSC BOKT ilə Cavabdeh2 (zamin) arasında bağlanmış xx.xx.2020-ci il tarixli 168 ƏF saylı zaminlik müqaviləsindən görünür ki, zamin borcverən ilə borcalan arasında bağlanmış xx.xx.2020-ci il tarixli 168 ƏF saylı restrukturizasiya müqaviləsi üzrə borcalanın öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı QSC BOKT ilə Cavabdeh2 (zamin) arasında bağlanmış xx.xx.2020-ci il tarixli 169 ƏF saylı zaminlik müqaviləsindən görünür ki, zamin borcverən ilə borcalan arasında bağlanmış xx.xx.2020-ci il tarixli 169 ƏF saylı restrukturizasiya müqaviləsi üzrə borcalanın öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2024-cü il tarixə olan kredit və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli 168 ƏF saylı Restrukturizasiya müqaviləsi üzrə borcu 3975,84 manat əsas borc, 53,35 manat faiz borcu olmaqla, cəmi 4029,19 manat və 13 oktyabr 2020-ci il tarixli 169 ƏF saylı müqaviləyə əsasən 1957,13 manat əsas borc, 27,01 manat faiz borcu olmaqla, cəmi 1984,14 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubları göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq güzəştli kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilə predmeti olan pul məbləğini cavabdehin vaxtı keçmiş kredit borcuna yönəltmişdir. Cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəllərini pozmuş, müqavilə üzrə müəyyənləşdirilmiş faizlərin ödənilməsini ardıcıl olaraq gecikdirmişdir. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739 və 743-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul borcalandan tutulmalıdır. Belə ki, bankın təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, borcalan isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin ödənilməyən hissəsini və kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada 13 oktyabr 2020-ci il tarixli 168 ƏF saylı müqaviləyə əsasən 3975,84 manat əsas borc, 53,35 manat faiz borcu olmaqla, cəmi 4029,19 manat borc və 13 oktyabr 2020-ci il tarixli 169 ƏF saylı müqaviləyə əsasən 1957,13 manat əsas borc, 27,01 manat faiz borcu olmaqla, cəmi 1984,14 manat borc, ümumilikdə hər iki Restrukturizasiya müqaviləsi üzrə cəmi 6013,33 manat borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 13 oktyabr 2020-ci il tarixli 168 ƏF saylı müqaviləyə əsasən 3975,84 manat əsas borc, 53,35 manat faiz borcu olmaqla, cəmi 4029,19 manat borc və 13 oktyabr 2020-ci il tarixli 169 ƏF saylı müqaviləyə əsasən 1957,13 manat əsas borc, 27,01 manat faiz borcu olmaqla, cəmi 1984,14 manat borc, ümumilikdə 6013,33 manat (altı min on üç manat otuz üç qəpik) manat borc və iş üzrə ödənilmiş 80,13 (səksən manat on üç qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı QSC BOKT-na ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar