Məhkəmə qərarları › İş №e-2(023)-42/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-42/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-42/2024 17.09.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə 17 sentyabr 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı TuranBank” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TuranBank ASC-nin Ağstafa filialı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019cu il tarixli BK № Özəl (1) 106-MKOS/AZN-19 saylı kredit müqaviləsi üzrə banka olan 2736.73 manat əsas, 1283.98 manat faiz, 1925.37 manat cərimə borcu olmaqla, cəmi 5946.08 (beş min doqquz yüz qırx altı manat səkkiz qəpik) manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 45 manat məbləğində rüsumun, 100 AZN məbləğində mediasiya rüsumunun cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 tutularaq TuranBank ASC-yə ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus (DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli RX seriyalı ******* saylı Çıxarışa əsasən Qazax rayonu Daş Salahlı kəndində mülkiyyətində olan ümumi sahəsi 116.2 kv.m. ibarət fərdi yaşayış evi və 0.19 ha torpaq sahəsinə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına TuranBank ASC-yə olan borcun ödənilməsi, xx.xx.2019-cu il tarixli BK № Özəl (1) 106-MKOS/AZN-19 saylı kredit müqaviləsinin təminatı olan ipoteka əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, TuranBank ASC-nin Ağstafa filialı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BK № Özəl (1) 106-MKOS/AZN-19 savlı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 24 % olmaqla 36 ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh4, TuranBank ASC, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli № Özəl (1) 106-MKOS/AZN-19 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bankla Cavabdeh1 (ipotekaqoyan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan (DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli RX seriyalı ******* saylı Çıxarışa əsasən) Qazax rayonu Daş Salahlı kəndində mülkiyyətində olan ümumi sahəsi 116.2 kv.m. ibarət fərdi yaşayış evi 0.19 ha torpaq sahəsi ilə birlikdə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən əmlakın qiyməti tərəflərin razılığa əsasən 16 000 (on altı min) manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh4 xx.xx.2023-cü il tarixinə TuranBank ASC-yə 2736.73 manat əsas, 1283.98 manat faiz, 1925.37 manat cərimə borcu olmaqla, cəmi 5946.08 (beş min doqquz yüz qırx altı manat səkkiz qəpik) manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə baxışı zamanı məhkəmə baxışı gedişində əmələ gəlmiş hal üzrə iddiaçı TuranBank” Açıq Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, TuranBank ASC-nin Ağstafa filialı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BK № Özəl (1) 106-MKOS/AZN-19 saylı kredit müqaviləsi üzrə banka olan 2847.39 manat əsas, 1061.01 manat faiz, 1925.37 manat cərimə borcu olmaqla, cəmi 5833.77 (beş min səkkiz yüz otuz üç manat yetmiş yeddi qəpik) manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 45 manat məbləğində rüsumun, 100 AZN məbləğində mediasiya rüsumunun cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 tutularaq TuranBank ASC-yə ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus (DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli RX seriyalı ******* saylı Çıxarışa əsasən) Qazax rayonu Daş Salahlı kəndində mülkiyyətində olan ümumi sahəsi 116.2 kv.m. ibarət fərdi yaşayış evi və 0.19 ha torpaq sahəsinə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına TuranBank ASC-yə olan borcun ödənilməsi, xx.xx.2019-cu il tarixli BK № Özəl (1) 106- MKOS/AZN-19 saylı kredit müqaviləsinin təminatı olan ipoteka əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 tutularaq TuranBank ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdi və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin Ağstafa filialı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BK № Özəl (1) 106-MKOS/AZN-19 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 24% olmaqla 36 ay müddətinə 10000 (on min) manat məbləğində Bank borcalana kredit vermişdir. Müqavilələrin 3.1.6-cı bəndinə əsasən borcalan bu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi halda borcalanın müqavilə üzrə borcverənə olan borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququna malikdir. xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Ağstafa filialı ilə Cavabdeh4 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq, Cavabdeh1 mülkiyyətində olan Qazax rayonu Daş Salahlı kəndində ümumi sahəsi 116.2 kv.m. ibarət fərdi yaşayış evi və 0.19 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti tərəflərin razılığı ilə 16.000 manat müəyyənləşdirilmişdir. İddiaçı ASC-nin Ağstafa filialı ilə Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 (zamin)lər arasında xx.xx.2019-cu il tarixli BK № Özəl (1) 106-MKOS/AZN-19 saylı zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin xx.xx.2019-cu il tarixli BK № Özəl (1) 106-MKOS/AZN-19 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklənin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi xx.xx.2019-cu il tarixli Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu Daş Salahlı kəndində 0,19 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 116,2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi Cavabdeh1 adına qeydə alınmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Qazax rayonu Daş Salahlı kəndində 0,19 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 116,2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı ASC nin xeyrinə yüklü edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli BK № Özəl (1) 106-MKOS/AZN-19 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə Cavabdeh4 banka olan borcu əsas məbləğ üzrə 2847.39 manat əsas, 1061.01 manat faiz, 1925.37 manat cərimə borcu olmaqla, cəmi 5833.77 (beş min səkkiz yüz otuz üç manat yetmiş yeddi qəpik) manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubları göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC-nin Ağstafa filialı ilə Cavabdeh4 arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit məbləğini cavabdehə vermiş, lakin cavabdeh kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəlikləri lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuş, nəticədə onun bank qarşısında müqavilələrdən irəli gələn əsas və faiz borcu yaranmışdır. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 12 fevral 2024-cü il tarixli 9/8880 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh4 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2019-cu il tarixli BK № Özəl (1) 106-MKOS/AZN-19 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh4 xx.xx.2023-cü il tarixə banka olan faiz borcu tam ödənilmiş, əsas borcu isə 2847,39 manat məbləğində müəyyən edilir. xx.xx.2023-cü il tarixə: əsas borc üzrə 2847,39 manat, faiz borcu üzrə 0,00 manat təşkil edir. Cavabdeh4 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli BK № Özəl (1) 106-MKOS/AZN-19 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş sənədlərə əsasən kredit ödənişlərinə görə bank tərəfindən cərimə hesablanmamışdır. İş materiallarında olan təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 02 avqust 2024cü il tarixli 9/3103 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh4 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2019-cu il tarixli BK № Özəl (1) 106-MKOS/AZN-19 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh4 xx.xx.2023-cü il tarixə banka olan faiz borcu tam ödənilmiş, əsas borcu isə 2847,39 manat məbləğində müəyyən edilir. xx.xx.2023-cü il tarixə: əsas borc üzrə 2847,39 manat, faiz borcu üzrə 0,00 manat təşkil edir. Cavabdeh4 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli BK № Özəl (1) 106-MKOS/AZN-19 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş sənədlərə əsasən kredit ödənişlərinə görə bank tərəfindən cərimə hesablanmamışdır. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Göründüyü kimi, iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə Cavabdeh4 xx.xx.2019-cu il tarixli № Özəl (1) 106-MKOS/AZN-19 saylı kredit müqaviləsi üzrə əsas borcu 2847,39 manat, faiz borcu 0,00 manat müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, ekspertiza rəyinə əsasən cavabdehin xx.xx.2019-cu il tarixli № Özəl (1) 106-MKOS/AZN-19 saylı kredit müqaviləsi üzrə 2847,39 manat əsas borcu, 0,00 manat faiz borcu hesablandığından, həmin müqavilə üzrə əsas borc iddia tələbi həcmində 2847,39 manat məbləğində təmin edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh5, X4 və Cavabdeh3 xx.xx.2019-cu il tarixli № Özəl (1) 106- MKOS/AZN-19 saylı kredit müqaviləsi üzrə 2847,39 manat əsas borc, 0,00 manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə də qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, müqavilə üzrə 1925,37 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında mübahisə olduğundan, ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı müstəqil qiymətləndiricinin rəyinin alınmasına zərurət yaranmışdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkan satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. "xxxx"-nin 08 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan Qazax rayonu Daş Salahlı kəndində ümumi sahəsi 116,2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin 0,19 ha torpaq sahəsi ilə birlikdə 08 dekabr 2022-ci il tarixə bazar dəyəri 60000 (altmış min) manat, likvid dəyəri 51000 (əlli bir min) manat təşkil edir. "xxxx"-nin 04 iyun 2024-cü il tarixli rəyindən görünür ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan Qazax rayonu Daş Salahlı kəndində ümumi sahəsi 116,2 kv.m-dən ibarət fərdi yaşayış evinin 0,19 ha torpaq sahəsi ilə birlikdə 04 iyun 2024-cü il tarixə bazar dəyəri 60000 (altmış min) manat, likvid dəyəri 51000 (əlli bir min) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 51000 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “qeyd olunan əmlaka tutma yönəldildikdən və o satıldıqdan sonra əmlakın boşaldılması”na dair hissəsini araşdıraraq hesab edir ki, Cavabdeh1 mülkiyyətində olan daşınmaz əmlak ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan fərdi yaşayış evi “ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün” ipoteka qoyulduğundan iddia qeyd edilən hissədə də təmin edilməli, ipoteka predmeti olan Cavabdeh1 xüsusi mülkiyyətində olan Qazax rayonu Daş Salahlı kəndində 0,19 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 116,2 kv.m ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra fərdi yaşayış evi boşaldılmalıdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tələbi qanununun tələblərinə uyğun hesab edir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı ASCnin Ağstafa filialı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli № Özəl (1) 106-MKOS/AZN-19 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 2847,39 manat, 0,00 manat faiz borcu və 500 manat cərimə olmaqla, cəmi 3347,39 manat pul cavabdehlər Cavabdeh4, Cavabdeh5, X4 və Cavabdeh3 alınaraq iddiaçıya ödənilməli, tələb üzrə tutma ipoteka predmeti olan Cavabdeh1 xüsusi mülkiyyətində olan Qazax rayonu Daş Salahlı kəndində 0,19 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 116,2 kv.m-dən ibarət fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti 51000 (əlli bir min) manat müəyyən edilməli, Qazax rayonu Daş Salahlı kəndində 0,19 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 116,2 kv.m-dən ibarət fərdi yaşayış evi açıq hərracda satılmalı və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə olan borc ödənilməli, həmin məbləğ borcun tam ödənilməsinə kifayət etmədikdə qalıq borc cavabdehlərdən tutulmalı, ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüququna xitam verilməli və əmlak boşaldılaraq banka təhvil verilməli, əmlakın satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya şəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq, mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, iddianın ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 45 manat rüsum, mediasiya xidməti üçün ödənilmiş xərcin yarısını təşkil edən 50 (əlli) manat cavabdehlər Cavabdeh4, Cavabdeh5, X4 və Cavabdeh3 alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu və bank xidmət haqqı ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumunu və bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq ona ödənilməlidir. Bununla yanaşı, İddiaçı ASC-dən və Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iş üzrə aparılmış ilkin qiymətləndirmə tədqiqatının dəyəri 300 (üç yüz) manat pul tutularaq "xxxx" MMC-nin hesabına (VOEN: **********, Hesab N AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ********************, KOD: 805711; ŞWİFT: İBAZAZ2X və ilkin məhkəməmühasibat ekspertizasının tədqiqatının dəyəri kimi 200 (iki yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına ödənilməli, İddiaçı ASC-dən sonrakı qiymətləndirmə tədqiqatının dəyəri 400 (dörd yüz) manat pul tutularaq "xxxx" MMC-nin hesabına (VOEN: **********, Hesab N AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ********************, KOD: 805711; ŞWİFT: İBAZAZ2X və təkrar məhkəməmühasibat ekspertizasının tədqiqatının dəyəri kimi 100 (bir yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2019-cu il tarixli № Özəl (1) 106-MKOS/AZN-19 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 2847,39 manat, 0,00 manat faiz borcu və 500 manat cərimə olmaqla, cəmi 3347,39 (üç min üç yüz qırx yeddi manat 39 qəpik) manat pul pul alınaraq İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma ipoteka predmeti olan Cavabdeh1 məxsus Qazax rayonu Daş Salahlı kəndində 0,19 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 116,2 kv.m-dən ibarət fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 51000 (əlli bir min) manat müəyyən edilsin. Qazax rayonu Daş Salahlı kəndində 0,19 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 116,2 kv.m-dən ibarət fərdi yaşayış evi açıq hərracda satılsın və həmin əmlakın satışından əldə edilən məbləğ İddiaçı ASC-yə olan borc ödənilsin, həmin məbləğ borcun tam ödənilməsinə kifayət etmədikdə qalıq borc Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 tutulsun. İpoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüququna xitam verilsin və əmlak boşaldılaraq banka təhvil verilsin. Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 iddianın ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 45 manat rüsum, mediasiya xidməti üçün ödənilmiş xərcin yarısını təşkil edən 50 (əlli) manat alınaraq İddiaçı ASC-yə ödənilsin. İddiaçı ASC-dən və Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iş üzrə aparılmış ilkin qiymətləndirmə tədqiqatının dəyəri 300 (üç yüz) manat pul tutularaq "xxxx" MMC-nin hesabına (VOEN: **********, Hesab N AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ********************, KOD: 805711; ŞWİFT: İBAZAZ2X və ilkin məhkəməmühasibat ekspertizasının tədqiqatının dəyəri kimi 200 (iki yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına ödənilsin. İddiaçı ASC-dən təkrar qiymətləndirmə tədqiqatının dəyəri 400 (dörd yüz) manat pul tutularaq "xxxx" MMC-nin hesabına (VOEN: **********, Hesab N AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ********************, KOD: 805711; ŞWİFT: İBAZAZ2X və təkrar məhkəməmühasibat ekspertizasının tədqiqatının dəyəri kimi 100 (bir yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar