Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-761/2025 02.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlu, «İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə mübahisələr» tələbi barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : BOKT "xxxx" QSC xx.xx.2025-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2024-cü il tarixli 721-SMB-0123-24 saylı əlaqəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə əsas borcu 1431.56 manat (bir min dörd yüz otuz manat 56 qəpik), faiz borcu 380.56 manat (üç yüz səksən manat 56 qəpik), cərimə borcu 214.73 manat (iki yüz on dörd manat 73 qəpik), xx.xx.2023-cü il tarixli, 040-EMB-0741-23 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə əsas borcu 1273.64 manat (bir min iki yüz yetmiş üç manat 64 qəpik), cərimə borcu 191.05 manat (bir yüz doxsan bir manat 05 qəpik),həmçinin ərizəyə görə ödənilmiş 55.32 manat (əlli beş manat 32 qəpik) dövlət rüsumunun əvəzi, ümumilikdə 3546.86 manat (üç min beş yüz qırx altı manat 86 qəpik) borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh 18 ay müddətinə qaytarılmaq şərti ilə 1650,00 (bir min altı yüz əlli manat 00 qəpik) manat məbləğində krеdit vеrilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli 721-SMB-0123-24 saylı Əlaqəli Krеdit Müqaviləsi bağlanmışdır. X1 Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli 040-EMB-0741-23 saylı Kredit Müqaviləsinə əsasən19 ay müddətinə qaytarılmaq şərti ilə 2290,00 (iki min iki yüz doxsan manat 00 qəpik) manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli 721-SMB-0123-24 saylı Əlaqəli Krеdit Müqaviləsinin 2.1.1-ci bəndinə əsasən “Borcalan” Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş cədvəlində göstərilmiş bank hesablarına və ödəniş cədvəlində nəzərdə tutulmuş digər ödəmə vasitələrinə (ödəniş terminalları, onlayn ödənişlər) ödəniş məbləğlərini ödəmədikdə/vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. xx.xx.2023-cü il tarixli 040-EMB-0741-23 saylı Krеdit Müqaviləsinin 2.1.1-ci bəndinə əsasən “Borcalan” Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Həmin müqavilələrin 2.4.5-ci bəndinə əsаsən kredit məbləğinin qaytarılması Müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə “Borcalan” özünün şəхsi əmlаkı hеsаbınа bоrcun ödənilməsini təmin еtməlidir. Hal-hazırda Cavabdeh oğlunun Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixli 721-SMB-0123-24 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixəəsas borcu 1431.56 (bir min dörd yüz otuz manat 56 qəpik) manat, faiz borcu 380.56 (üç yüz səksən manat 56 qəpik) manat, cərimə borcu 214.73 (iki yüz on dörd manat 73 qəpik) manat, xx.xx.2023-cü il tarixli, 040- EMB-0741-23 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə əsas borcu 1273.64 (bir min iki yüz yetmiş üç manat 64 qəpik)manat, faiz borcu 0.00 (Sıfır manat 00 qəpik) manat, cərimə borcu 191.05 (bir yüz doxsan bir manat 05 qəpik) manat olmaqla hər iki kredit müqaviləsi üzrə ümumi borcu 3491.54 (üç min dörd yüz doxsan bir manat 54 qəpik) manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Tərəflərin ünvanına göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belkə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli 721-SMB-0123-24 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 721-SMB-0123-24 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 18 ay müddətində, 34% ilə 1650 manat məbləğində kredit verilmişdir. İş materiallarında olanxx.xx.2023-cü il tarixli 040-EMB-0741-23 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 040-EMB-0741-23 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 19 ay müddətində, 0% ilə 2290 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, NMA-0040966-25 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli 721-SMB-0123-24 saylı kredit müqaviləsi üzrə borcu əsas məbləğ üzrə 1431,56 manat, faiz borcu üzrə 380,56 manat, cərimə pulu borcu üzrə 214,73 manat olmaqla, ümumilikdə 2026,85 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, NMA-0040967-25 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 040-EMB-0741-23 saylı kredit müqaviləsi üzrə borcu əsas məbləğ üzrə 1237,64 manat, faiz borcu üzrə 0 manat, cərimə pulu borcu üzrə 191,05 manat olmaqla, ümumilikdə 1464,69 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh borcu könüllü ödəməsi barədə BOKT "xxxx" QSC tərəfindən xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc alana qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741.1-ci maddəsinə görə bu Məcəllədə ayrı-qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yalnış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesan olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab olunur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, xx.xx.2024-cü il tarixli 721-SMB-0123-24 nömrəli müqavilə üzrə 214,73 manat təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə, xx.xx.2023-cü il tarixli 040-EMB-0741-23 nömrəli müqavilə üzrə 191,05 manat təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, xx.xx.2024-cü il tarixli 721- SMB-0123-24 nömrəli müqavilə üzrə əsas borcun əvəzi qismində 1431,56 manat, faiz borcu 380.56 manat, cərimə qismində 5 manat, xx.xx.2023-cü il tarixli 040-EMB-0741-23 nömrəli müqavilə üzrə əsas borcun əvəzi qismində 1273,64 manat, cərimə qismində 5 manat, cəmi 3095,76 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 50,95 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 721-SMB-0123-24 nömrəli müqavilə üzrə əsas borcun əvəzi qismində 1431,56 manat, faiz borcu 380.56 manat, cərimə qismində 5 manat, xx.xx.2023-cü il tarixli 040-EMB-0741-23 nömrəli müqavilə üzrə əsas borcun əvəzi qismində 1273,64 manat, cərimə qismində 5 manat, cəmi 3095,76 manat məbləğində pul vəsaiti və ərizəyə görə ödənilmiş 50,95 manat dövlət rüsumunun, cəmi 3146,71 (üç min yüz qırx altı manat 71 qəpik) manat məbləğində pul tutularaq BOKT "xxxx" QSC-nə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №e-2(023)-761/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-761/2025
02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver