Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-88/2025 13.02.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, X2, X10, X13 və X7 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə 13 fevral 2024-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh, X2, X10, X13 və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TuranBank ASC-nin “Qazax” filialı ilə X9 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK İK-064065/22 saylı kredit müqaviləsi üzrə X3 Banka olan 1,179.48 manat məbləğində əsas borcun və ödənilmiş 31.80 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh, X2, X10, X13 və X4 birgə qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X9 İddiaçı ASC-nin Qazax filialı ilə xx.xx.2022-ci il tarixdə bağladığı İK İK-064065/22 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 14,5 faiz olmaqla 12 ay müddətinə 6000 (altı min) manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq iddiaçı ilə cavabdeh, TuranBank ASC və Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, İK-064065/22 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh X3 xx.xx.2024-cü il tarixinə TuranBank ASC-yə əsas borcu 1,179.48 manat təşkil edir. X9 xx.xx.2023-cü ildə vəfat etmişdir. Şəxsin vəfatından sonra Qazax rayon notariat ofisində vərəsəlik işi açılmışdr. AR Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsindən bizə verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/2-14-2747/24 saylı məktuba əsasən X5 vəfatından sonra 04 04.2023-cü il tarixində Qazax rayon notariat ofisində X2, X10, X13 və X7 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə (2V-181 reyestr nömrəli) verilmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfimizdən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X14 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq olaraq 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli İK İK-064065/22 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə illik 14,5 faiz hesablanmaqla 6000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh (zamin) arasında xx.xx.2022-ci il tarixli, İK-064065/22 saylı zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zaminlər kredit müqaviləsi üzrə borclunun öhdəliklənin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşdür. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X3 xx.xx.2022-ci il tarixli İK İK- 064065/22 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə Banka 1179,48 manat əsas borcu qalmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Qazax rayon Notariat ofisinin xx.xx.2024-cü il tarixli 2V-181 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 vərəsələri arvadı X2, qızı X10, qızı X13 və oğlu X8r və onların hər biri miras əmlakdan bərabər hissədə irs almalıdırlar. İddiaçı tərəfindən Cavabdeh borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı pretenziya məktubu göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə mərhum X9 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin, Sübhan Qarakişiyev müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında ümumilikdə 1179,48 manat məbləğdə icra edilməmiş pul öhdəliyi qalmışdır. Sübhan Qarakişiyev xx.xx.2023-cü il tarixdə ölmüşdür. Sübhan Qarakişiyev öldükdən sonra hazırki iş üzrə digər cavabdehlər onun arvadı X2, qızı X10, qızı X13 və oğlu X11 miras qoyanın qanun üzrə vərəsələri kimi ondan miras qalmış əmlakı rəsmi qaydada qəbul etmişdir və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdehlər mərhum X3 ölümündən sonra ondan qalmış mirası qanun üzrə vərəsələri - X2, X10, X13 və X11 qəbul etdiklərindən, həmin mirasın hazırda iddiaçının tələb etdiyi məbləğdən yüksək olması mübahisə doğurmadığından, iddiaçı mərhum Sübhan Qarakişiyevin kredit müqaviləsi üzrə yaranmış borcunu və çəkdiyi xərclərin əvəzini onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsələri X2, X10, X13 və X4 və zamin Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iş üzrə cavabdehlər xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2013-cü il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatmamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Məhkəmə qeyd edir ki, xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2013-cü il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatmadığından və bu baxımdan onların mülki hüquq fəaliyyət qabiliyyəti əmələ gəlmədiyindən, iddia tələbi cavabdehlər X10, X13 və X7 münasibətdə təmin edilməməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, TuranBank ASC-nin “Qazax” filialı ilə X9 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK İK-064065/22 saylı kredit müqaviləsi üzrə 1179,48 (bir min yüz yetmiş doqquz manat 48 qəpik) manat məbləğində əsas borc cavabdehlər Cavabdeh və X1 birgə qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh və X1 xx.xx.2022-ci il tarixli, İK İK-064065/22 saylı kredit müqaviləsi üzrə 1179,48 (bir min yüz yetmiş doqquz manat 48 qəpik) manat əsas borc və ödənilmiş 31.80 (otuz bir manat 80 qəpik) manat dövlət rüsumu birgə qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №e-2(023)-88/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-88/2025
13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver