Məhkəmə qərarları › İş №e-2(024)-116/2025

Qax Rayon Məhkəməsi Qərardad — İş №e-2(024)-116/2025

06.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № e-2(024)-116/2025 06.03.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə, İddiaçı cavabdeh X1 qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qax Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X1 qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin törətdiyi mülki hüquq pozuntusu nəticəsində ona dəymiş 29.703,82 manat maddi və 5.000 manat mənəvi, ümumilikdə 37.703,82 manat maddi və mənəvi ziyanın Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, iddiaçı məhkəməyə elektron ərizə göndərərək mülki iş üzrə icraata xitam verilməsini xahiş etmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, işin baxılmasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, cavabdehlə hazırkı mübahisəni məhkəmədən kənar həll etmək qərarına gəldiklərindən və iddia tələbində dəymiş ziyan məbləğinin aralarında razılaşdırdıqları bir hissəsi cavabdeh tərəfindən ona ödənildiyindən, onun gənc və hərbiçi olmasını nəzərə alıb ona dəymiş ziyan məbləğinin digər hissəsinini ödənilməsini öndən tələb etmir. Göstərilənləri nəzərə alaraq və hazırkı mübahisə aralarında həll olunduğundan, tərəfindən qaldırılmış iddia tələbindən imtina etdiyini, bəyan etməklə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmiş, iddiadan imtinanın nəticələri ona izah olunduğunu və həmin nəticələrin ona aydın olduğunu göstərmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə müvafiq olaraq iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilməlidir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə iddiadan imtianı qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iddiadan imtinanın qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin qanunla qorunan mənafeyini pozmadığı nəticəsində iddiadan imtinanı qəbul edərək iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməlidir. Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 264.0-cü maddəsinə əsasən ayrıca akt şəklində qəbul edilən qərardadda aşağıdakılar göstərilməlidir: 264.0.1. qərardadın çıxarılma vaxtı və yeri; 264.0.2. qərardadı çıxaran məhkəmənin adı, hakim və ya məhkəmənin tərkibi və məhkəmənin iclas katibi; 264.0.3. işdə iştirak edən şəxslər, mübahisənin predmeti və ya irəli sürülmüş tələb; 264.0.4. qərardadın hansı məsələ barədə çıxarılması; 264.0.5. məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi; 264.0.6. baxılan məsələ üzrə nəticə; 264.0.7. qərardaddan şikayət verilə bilərsə, şikayət vermə qaydası və müddəti. Həmin Məcəllənin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 267.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid o lduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 267.3-cü maddəsinə əsasən şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra «10» gün müddətində verilir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən «03» gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra «07» gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Qərardaddan şikayət vermiş şəxs şikayətdə qərardadadı nə üçün düzgün hesab etmədiyini göstərməli, yəni şikayəti əsaslandırmalıdır. Məhkəmə hesab edir ki, iddiaçıların iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 114.1.4-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş «200» manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261, 261.0, 261.0.4, 262-264, 267-268-ci maddəərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh X1 qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddia tələbi üzrə ödənilmiş ödənilmiş iddiaçı tərəfindən ödənilmiş 200 manat dövlət rüsumu geri qaytarılsın. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra «10» (on) gün müddətində Qax Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar